xiyar

Mətbəx sirləri: limonla marinə edilmiş xiyar

Baxış sayı: 423

Tərkibi (1 litrlik banka üçün):

xiyar (bankaya neçəsi yerləşsə)
1 fal limon (bütöv dilim)
3-4 diş sarımsaq
3-4 ədəd dəfnə yarpağı
1 ç.q. dənəvər xardal
3-4 ədəd dənəvər qara istiot
3 ədəd dənəvər ətirli ağ istiot
1 l su
150 q şəkər tozu
40 q duz
1 ç.q. limon turşusu

 

Necə hazırlanır?

Xiyarı bir neçə saat soyuq suda saxlayın.

Sonra xiyarı yuyun.

Bankanı buxarın üzərində sterilizə edin, qapağını qaynadın.

Bankanın dibinə bütün ədviyyatı qoyun, üstündən xiyarları düzün. Bir bütöv dilim limon qoyun. Üzərinə qaynar su töküb 20 dəqiqə saxlayın.

Sonra suyu süzüb qədərini ölçün.

Marinadı aşağıdakı nisbətdə hazırlayın: 1 litr suya 40 q duz, 150 q şəkər tozu və 1 ç.q. limon turşusu.

Süzdüyünüz suya şəkər tozu və duz qatın, qarışdırın, əriyəndən sonra limon turşusunu əlavə edib qarışdırın, bu qaynar marinadı xiyarların üstünə tökün, bankanın ağzını bağlayıb tərs çevirin.

Üzərinə heç nə örtməyin, beləcə soyumasını gözləyin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir