Manikur

Manikürünüzü özünüz evdə necə edə bilərsiniz?

Baxış sayı: 1. 661

Mütəmadi olaraq manikür əl və dırnaq sağlamlığı baxımından çox önəmlidir. Amma salonda edilən manikür həm cibinizə, həm də sağlamlığınıza zərər verə bilər. Gözəllik salonlarında hər kəsə eyni alətlərlə manikür edildiyi üçün mikrob düşmə ehtimalı yüksəkdir. Evdə edilən manikür isə daha sağlamdır.

 

Manikürə başlamazdan əvvəl manikür edəcəyiniz yerə dəsmal sərin və boyaları silərək işə başlayın.

Dırnaqlarınızı kəsib bıçkı ilə düzəldin. Bu zaman bütün dırnaqların eyni formada olmasına fikir verin. Dırnaqlara zərər verməmək üçün bıçqını hər dəfə eyni istiqamətə aparın.

Bir qab isti su hazırlayın. İçinə bir az sabun qoyun. Əlinizi 5 dəqiqə içində saxlayın. İsti su əlləri və dırnaqları yumşaldıb əllərdəki və dırnaqlardakı kiri təmizləyir.

Dırnaq ətini təmizləyən çubuqla dırnaq ətrafındakı ətləri kəsib atın. Bunu edərkən əllərə zərər verməmək və infeksiyaya salmamaq üçün qarşı həssas olun.

Əllərinizə nəmləndirici krem çəkin.

Dırnaq boyasını çalxalamayın. Əks halda içində köpüklər əmələ gəlir. Bunun yerinə əlinizin arasında fırladın.

Dırnaqlarınız tez uzanırsa, manikürü vaxtlı-vaxtında tətbiq edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir