Nermine Abbasova

Manual terapiya nədir?

Baxış sayı: 408

“Manual terapiya” (MT) deyildikdə, nevroloji, ortopedik, visseral və onurğa, oynaqlar, əzələ və bağ aparatının xəstəlikləri və ya patoloji dəyişikliklərindən irəli gələn digər pozuntuların korreksiyasına yönəldilmiş əl diaqnostik və müalicə üsulları sistemi başa düşülür.

MT-nın istifadəsinə göstəriş – onurğanın və ətrafların oynaqlarının xəstəlikləri ki, bu halda, bir çox hallarda dərman preparatlarının dozasını azaltmağa və ya hətta onları tamamilə ləğv etməyə imkan verərək, manual müalicə təsirləri zamanı güclü müsbət nəticə təmin edilir.

Manual Terapiya | Haqqımızda

Digər bərpa tədbirləri ilə kompleksdə (fiziki tapşırıqlar, masaj, vəziyyətlə korreksiya, fizioterapevtik prosedurlar və s.) MT, patoloji sindromların aradan qaldırılmasını, onurğa və ətrafların oynaqlarının funksiyalarının normallaşmasını və pasiyentlərin fəaliyyət qabiliyyətinin bərpasını sürətləndirir.

MT-nın məqsədi – onurğa və ətrafların oynaqlarının biomexanikasının pozuntularının aradan qaldırılması, onurğa hərəkət seqmentlərinin, oynaqların və bütövlükdə dayaq-hərəkət aparatının normal hərəkətliliyinin bərpası, dinamik stereotipin yenidən qurulmasından ibarətdir.

Manual terapiya, narhi 150 000 so'm, Doctor Zubayr. O'zbekiston, Toshkentda buyurtma bering - suratlar va sharxlar Glotr.uz da

Məlumdur ki, müəyyən əzələ qruplarında tonusun pozuntusu ətrafların oynaqlarında funksional blokadalarının yaranmasına zəmin yaradır. Bu, yalnız məhz oynağın deyil, həm də onu əhatə edən əzələlərin, vətərlərin və bağların hərəkətliliyini məhdudlaşdırır. Tədricən bütün bu toxumalarda distrofik dəyişikliklər artır, trofikanın pisləşməsi baş verir ki, bu da zədələnmiş əzələlərin qısaldılmasına gətirib çıxarır.

Ölkədə manual terapiyaya maraq artır - YouTube

Oynaqlarda əvvəlcə funksional kontrakturalar yaranır ki, bunları aktiv müalicə prosesində ləğv etmək olar, ağır hallarda isə – orqanik kontrakturalar əmələ gəlir, bu halda oynaq tamamilə hərəkətsiz olur. Hərəkət sistemin zədələnmiş bəndlərinin maneəli funksiyalarını bərpa etmək, əzələ-oynaq disbalansının korreksiyası, hərəkət stereotipinin sonrakı normallaşması ilə, trofikanın yaxşılaşdırılması üçün mobilizasiya texnikalarından istifadə edilir.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi 

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir