MASIN

Maşından gələn səslər nəyə işarədir?

Baxış sayı: 330

Avtomobildən gələn səs-küylər yalnız sizi qıcıqlandırmır, eyni zamanda, ciddi mühərrik və asqı problemlərinə də işarə edir. Bu problemin səbəbini tapmaq çətin olsa da, müəyyən etmək üçün maşından gələn səslərə qulaq verməlisiniz. Əgər diqqətli olsanız, səsin növünə görə mənbəyini də tapa bilərsiniz.

 

Uğultulu səs

Uğultunun tək bir səbəbi yoxdur. Ən böyük ehtimal differensial dişlərin aşınması ola bilər. Bu halda maşın sürətlənsə, yavaşlasa, hətta sabit sürətlə hərəkət etsə də, uğultu səsləri gəlməyə davam edir. Digər bir ehtimalla səs təkərlərin bağlandığı hissədən gələ bilər. Kondisionerin uğultuya bənzər qarışıq səslər çıxartması da mümkündür və bu, normal haldır. İstənilən halda, maşını ustaya göstərməkdə fayda var, çünki bu səs gələcəkdə ortaya çıxacaq problemlərin açıq-aşkar xəbərçilərindən biridir.

 

Sürtünmə səsi

İki metal parçasının bir-birilə təması nəticəsində yaranan bu səsi dərhal eşidəcəksiniz. Bu səs gəldikdə əvvəlcə, əyləcdən şübhələnə bilərsiniz. Əyləc yastığının qalınlığı azalıb arxa tərəfdəki metal korpus hissəsinin əyləc diskinə sürtməsinə səbəb ola bilər. Bu da zamanla əyləc sisteminin sıradan çıxmasına gətirib çıxarır. Sürtünmə səsini yaradan digər bir səbəb isə mühərrikdəki yağ nisbətində olan problemdir.

 

Toqquşma səsi

Çırpınma, toqquşma səsləri gələndə ilk olaraq, mühərrikdən şübhələnə bilərsiniz, amma bu, sadəcə bir ehtimaldır, səsə səbəb səsboğucu da ola bilər. Eniş zamanı bu səsləri şiddətli şəkildə eşitsəniz, səsboğucu və ya amortizatorların üzərindəki zədələnmiş rezinin digər hissələrlə toqquşduğundan əmin olun.

 

Ciyildəmə səsi

Bu səsə səbəb maşındakı qayışların öz elastikliyini itirməsidir. Daha çox mühərrik qayışı səbəbindən yaransa da, büün qayışları yoxlamaqda fayda var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir