azgf_loqo

“Mən də varam”

Baxış sayı: 2. 096

Sumqayıtda Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Mən də varam” adlı sərgi keçiriləcək. Sərgidə Sumqayıtın orta məktələrində inklüziv təhsil alan 50-dən artıq şagirdin əl işləri və rəsm əsərləri nümayiş olunacaq.

Layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarının üzə çıxarılması, onların stimullaşdırılmasıdır.

Layihənin koordinatoru Vüsal Məmmədov bildirib ki, layihə həmin gənclərin əl işlərinin, bacarıqlarının populyarladırılmasına, onların stimullaşdırılmasına,  cəmiyyətə inteqrasiyası və sosial adaptasiyasına xidmət edəcək.

Sərgi mart ayında Sumqayıt şəhər Rəsm Qalereyasında keçiriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir