evlilik

Məşhurlara verilən qeyri-adi toy hədiyyələri

Baxış sayı: 1. 613

Rusiya prezidentinin mətbuat katibi Vladimir Peskov avqustun 1-də Soçi şəhərində fiqurlu konkisürmə üzrə keçmiş Olimpiya çempionu Tatyana Navka ilə təmtəraqlı mərasimlə ailə həyatı qurdu. Toydan çəkilən fotolarda Peskovun qolundakı saat diqqətləri cəlb etdi.

Məşhur rusiyalı blogger və siyasətçi Aleksey Navalnı Putinin mətbuat katibinə məxsus Richard Mille RM 52-01 markalı həmin saatın 37 milyon rubl (592 min dollar) dəyərində olduğunu və onun məhdud sayda (30 ədəd) istehsal olunduğunu araşdıraraq ortaya qoydu. Navalnı gəlir bəyannaməsində göstərildiyi kimi 145 min rubl maaş alan mətbuat katibinin hansı yolla öz illik gəlirinin 4 qatına bərabər olan bahalı saatı aldığını sual etdi.

Tezliklə, məsələyə Vladimir Peskovun özü şəxsən münasibət bildirməli oldu. Mətbuata açıqlamasında o, saatın həqiqətən də bahalı olduğunu lakin bunun ailə həyatı qurduğu Tatyana Navka tərəfindən ona hədiyyə edildiyini bildirdi. “Bu saat Tanyadan (Tatyana Navka) mənə hədiyyədir. Onun saatı hansı pula almasının isə heç kəsə dəxli yoxdu”.

İstənilən halda, Peskovun qolundakı saat cəmiyyətin marağına səbəb oldu. “Forbes” jurnalının rus versiyası məşhur siyasətçi və biznesmenlərin toy hədiyyələri barədə araşdırma aparıb.

“Gencaile.az” saytı  Modern.az saytına istinadən həmin araşdırmanı təqdim edir.

Rusiya prezidenti Vladimir Putinin Lyudmila Putina ilə toy mərasimi
  

Rusiya prezidenti Vladimir Putin 1983-cü il iyulun 28-də ailə həyatı qurub. O, Lyudmila Putina ilə evliliyini 2 gün qeyd eləyib –  öncə valideynləri, dostları, qohumları ilə Peterburqun “Poplavok” restoranında, sonra isə “KQB”dən olan iş yoldaşları ilə “Moskva” mehmanxanasında. Lyudmila Putina xatırlayır ki, yeni evlənmiş cütlüyə valideynləri heç bir yardım etməyib və toy xərcləri, gəlinlik və bəylik geyimlərinin xərclərini özləri çəkməli olublar.

Buna baxmayaraq, Lyudmila Putina valideynlərinin onlara evlilik münasibətilə hədiyyə deyil, pul verdiklərini xatırlayır. Toydan dərhal sonra Vladimir və Lyudmila Putin şəxsi maşınlarında Rusiya və Ukraynadan keçərək Moldavaya gediblər və sonda Krımın Yalta şəhərində öz gəzintilərini yekunlaşdırıblar.

Facebook”un yaradıcısı Mark Zukerberq və Prisilla Çanın toyu

“Facebook”un yaradıcıs Mark Zukerberq də sadə toy məclisi keçirməklə fərqlənib. Belə ki, o, Harvard Universitetində birgə oxuduğu sevgilisi Pritsilla Çanla nikah mərasimini ortaq evlərinin arxa həyətində keçiriblər. Məxfilik şəraitində hansı tədbirə gəldiklərini bilməyən azsaylı qonaqlar isə bu zaman Zukerberqlərin sevimli restoranları olan “Palo Alta Sol” və “Fuki Sushi”nun sevimli təamlarından dadıblar.

Zukerberqə verilən hədiyyə isə “Green Day” rok qrupunun üzvü Billi Co Armstonqla bağlıdır. Toya dəvətlilər arasında olan Armtronq yeni evlənmiş cütlüyü özünəməxsus təbrik edib və ekspromt şəkildə qonaqlar qarşısında öz mahnılarını səsləndirib.

Mark özü isə həyat yoldaşı Prisillaya şəxsi eskizi əsasında hazırlanmış və yaqutla bəzədilmiş üzük hədiyyə edib.

Şahzadə Uilyam və Ketrin Midltonun toy mərasimi 

Britaniya kral ailəsinin 2011-ci ilin aprelində nikaha girən üzvləri toy hədiyyələrinə qarşı idilər. Onlar bunun əvəzində öz adlarını verdikləri xeyriyyə vəqfinə yardım göstərməyi xahiş edirdilər. Lakin parfümerlər Klayv Kristian və Roya Dav şahzadə Uilyamı və Ketrin Midltonu sevindirmək üçün özəl ətir hazırladılar.

Üzərində kral ailəsinin gerbi həkk olunmuş və xüsusi ağacdan hazırlanmış iki qutuda brilliant qaşlarla “C” (Ketrin) və “W” (Uilyam) inisiallarının həkk olunduğu ətir flakonları toy günü cütlüyə təqdim olundu.

Futbol agenti Jorj Mendeş və Sandra Barbosanın toy mərasimi 

Futbol tarixinin ən nüfuzlu agentlərindən biri kimi tanınan Jorj Mendeş yeni ailə quran məşhurlardandır. Avqustuun 2-də Portu şəhərində evlənən futbol agentinin toyunda 300-dən artıq şəxs iştirak edib. Dünyanın ən çox qazanan futbolçusu, “Real Madrid” klubunun forvardı Kriştianu Ronaldu bəyin nikah şahidi olub və ona əsl “kral” hədiyyəsi edib. Belə k, Ronaldu Jorj Mendeşə Yunanıstanın Egey dənizində yerləşən adalarından birini hədiyyə edib.

Dəyəri 30 milyon avroyadək olan həmin ada Yunanıstandakı maliyyə böhranı ilə bağlı Ronalduya nisbətən ucuz başa gəlib. <p”>Bir neçə dəfə ilin futbol agenti seçilən Jorj Mendeş Luiş Fiqu, Joze Maurinyo, Luis-Felipe Skolari, Pepe, Viktor Valdes və Ronaldunun özü ilə sıx əməkdaşlıq edib. <p”>Jorj Mendeş 10 ildir ki, vətəndaş nikahında yaşadığı 49 yaşlı Sandra Barbosa ilə evlənib.

Milyarder Corc Sorosun biznesmen Tamiko Boltonla toy mərasimi

 

83 yaşlı Corc Soros 3-cü dəfə ailə həyatı qurarkən seçimini 43 yaşlı biznes həmkarı Tamiko Boltonda saxlamışdı. Əlamətdar hadisə ilə bağlı Soros Nyu-Yorkun incəsənət və musiqi mərkəzlərindən olan Keramurda 500 nəfərlik banket təşkil edib. Mərasimdə maliyyə dünyasının bütün nəhəngləri, o cümldən Beynəlxalq Valyuta Fondunun prezidenti Kristin Laqard, Dünya Bankının prezidenti Cim En Kim də iştirak edib. Toydan qabaq Soros cütlüyü qonaqlara evlilik hədiyyəsi əvəzinə yaratdıqları xeyriyyə vəqfinə ianə köçürmələrini xahiş etmişdi.

Bill və Hillari Klintonun qızı Çelsinin bankir Mark Mezvinski ilə toy mərasimi



30 yaşlı Çelsi Klinton Stenford Universitetindən kurs yoldaşı olan Mark Mezvinski ilə ailə həyatı qurub. 2010-cu il iyulun 31-də Hudzon körfəzindəki kiçik Raynbek şəhərində baş tutan toy mərasimi bütün dünyanın diqqətini cəlb etmişdi. ABŞ-ın keçmiş prezidenti Bill Klinton və gələcək potensial prezident Hillari Klinton yeganə qızlarının toyuna 500-dən artıq qonaq cəlb etmişdi. Onların arasında məşhur siyasətçilər, biznesmenlər və Hollivud ulduzları var idi.

Təntənəli mərasimə görə adətən sakit şəhər kimi ad çıxarmış Raynbek təhlükəsizlik xidmətinin əməkdaşları ilə aşıb-daşırdı. Bundan başqa, şəhərə gedən yollar da toy mərasimi müddətində bağlı elan olunmuşdu. Yeni evlənmiş Çelsi və Mark Mezvinski şəhərin bütün sakinlərinə yaşatdıqları qısa narahatçılığa görə 1 çaxır hədiyyə ediblər.

Aktrisa Keyt Uinslet və biznemsen Ned Roknrolun toy mərasimi

Daha çox “Titanik” filmindəki rolu ilə tamaşaçıların yaddaşında qalan “Oskar”lı aktrisa Keyt Uinslet ən qeyri-adi toy hədiyyəsi alan məhşurlardandır. 2012-ci ilin dekabrında biznemsen Ned Roknrolla ailə həyatı quran aktrisa yaxın dostu və həyat yoldaşının dayısı, “Virgin Group” şirkətinin sahibi Riçard Bronsondan kosmosa 2 nəfərlik səyahət bileti əldə etmişdi. “Virgin Galactic” şirkərtinin gerçəkləşdirdiyi kommersiya uçuşu üçün hazırlıqlar bir neçə ildir ki, davam edir.

Əbu Dabi əmirliyində vəliəhdin şahzadə ilə toyu

1981-c ildə Əbu-Dabi əmirliyinin vəliəhdi Şeyx Məhəmməd Ben Zeyd ən-Naxayan şahzadə Səlamə ilə ailə həyatı qurub. Üzərindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də həmin toy öz miqyası və çəkilən xərclərin miqdarına görə ilk pillədədir.

100 milyon dollara başa gələn toy Ginnesin Rekordlar Kitabında ən bahalı toy kimi yer alıb. Əmirliyə dünyanın müxtəlif yerlərindən təşrif buyurmuş 20 mindən artıq qonağı yerləşdirmək üçün dəyəri 22 milyon dollar olan stadion tikilmişdi. Toy mərasimi həmin stadionda kriket və futbol matçlarının keçirilməsi ilə açılmışdı.

Həmin stadion toydan sonra vəliəhd Şeyx Məhəmməd Ben Zeydə hədiyyə olunmuşdu. Bundan başqa, toyda iştirak edən musiqiçilər “Mercedes” markalı maşınla, toyun keçirildiyi əraziyə yaxın kənd və qəsəbələrin sakini isə içki və yeməklərlə təmin olunmuşdular. Bədəvi adətlərinə uyğun olaraq şeyx atla kəndləri gəzərək sakinlərə şəxsən hədiyyələr paylamışdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir