xeyanet

Mikroaldatma cütlüklərin romantik münasibətlərinə necə təsir edir?

Baxış sayı: 245

Bir münasibətiniz olduğu halda başqaları ilə kiçik yaxşınlaşmalar mikroaldatma adlanır. Bunun üçün öpüşməyə, sevişməyə və ya hər hansı bir yaxınlığa ehtiyac yoxdur. Mikroaldatma cütlüklərin romantik münasibətlərinə yavaş-yavaş zərər verir. Bəziləri buna fikir verməsə də, bəzi münasibətlərdə bu böyük problemə çevrilə bilər. Əslində, nəyin aldatma sayılıb sayılmayacağı cütlüklərin özündən asılı olan bir məsələdir. Bilirsiniz ki, bəzi cütlüklər açıq münasibətlərə də üstünlük verə bilir. Bu səbəbdən də mikroaldatmalar fərdə görə fərqli qarşılanan bir vəziyyətdir.

 

Hansı davranışlar mikroaldatmağa daxildir?

Xoşunuza gələn insanlarla mənəvi və ya cinsi mənada hisslərin yaranması. (Ailəli və ya sevdiyiniz olduğu halda iş yoldaşınıza qarşı yaranan kiçik qığılcım)

Başqaları ilə mənəvi yaxınlıq fantaziyaları qurmaq (Fiziki baxımdan heç vaxt reallaşmasa belə sevgilinizin dostu ilə bağlı fantaziyalarınızın olması kimi)

Gözəl və cəzbedici insanlara baxıb ah çəkmək. (Sosial şəbəkədə başqasının profilinə baxıb, şəkillərini gözdən keçirmək. Yolda birini gördüyünüz zaman ürəyinizin çırpınması kimi)

Keçmiş sevgilinizlə olan şəkillərə həsrətlə baxmaq, yataqda onu xəyal etmək, münasibətlərinizdə soyuqluq yarandığı zaman başqaları ilə yoxlamaq (alternativ seçimlərinizin olması)

Sosial şəbəkə və ya digər rəqəmsal vasitələrlə cinsi hisslərinizi tətmin etməyə çalışmaq

Digər şəxsi görə biləcəyinizi bildiyiniz günlər daha baxımlı olmağa çalışmaq

Xoşunuza gələn şəxsdən başqa biri ilə münasibətdə olduğunuzu deməkdən çəkinmək. (Desəniz belə “hələ yeni başlamışıq, zamanla bəlli olacaq” kimi cümlələr qurmaq)

Gözəl olduğunuz bir fotonu sosial şəbəkəə paylaşdığınız zaman “görəsən gördümü” deyə düşünmək.

xeyanet

Bunları edirsinizsə, özünüzə bir neçə sual verməlisiniz:

Tərəf müqabilim bunları etdiyimi bilsə nə düşünər, nə hiss edər?

Bunu etməyim məni sevdiyimdən uzaqlaşdırırmı?

O, bunu etsəydi, mən nə hiss edərdim?

Aldatmanın bu forması öz-özünə yaranır. Bir iş yeməyi zamanı yaranan hisslər, keç sevgilidən gələn bir mesaj və ya idman zalında birlikdə edilən məşqlər yaxınlaşmaya çevrilə bilər.

 

Aldatmağın bir çox səbəbləri var:

Şəxs, partnyorunu aldatdığı şəxslə birlikdə olduğu zaman özünü yaxşı hiss edə bilər.

Aldatdığı zaman özünü daha seksual, daha ağıllı və  daha cəzbedici hiss edə bilər.

Partnyoru ilə birlikdə olan zaman özünü daha görünməz və ya sıxıcı hiss edə bilər.

Şəxsin özü xaraktersiz ola bilər.

 

Münasibətlərdə mikroaldatma ilə necə mübarizə aparmaq olar?

Mikroaldatma münasibətinizdə bir problem halına gəlibsə, bunu partnyorunuzla müzakirə edin. Mikroaldatma edən şəxsin partnyorunun özünü necə hiss etməsini başa düşməsi və davranışlarını dəyişdirməsi vacibdir. Bu mikromünasibətlər bitdiyi zaman hər iki tərəf münasibətlərini istədikləri kimi yenidən bərpa etmək üçün çalışmalıdır. Bir psixoloqla məsləhətləşmək burada çox önəmlidir. Bir mikroaldatma səbəbi ilə münasibətin bitməsi vacib deyil. Münasibət daxilində hər iki tərəf öz payına düşən hissəsini öyrənməyə açıqdırsa daha yaxşı bir münasibət qura bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir