sos

Modada yeni trend: “Paltarlarınızı yumayın”…

Baxış sayı: 1. 474

Məşhur modelyer Stella Makkartni bu sözləri keçən həftə “The Observer” qəzetinə verdiyi müsahibədə söyləyib.  Modelyerin bu sözləri isə insanlar tərəfindən xüsusi marağa səbəb olub.

 

Bəs, modelyer bu fikrində nə qədər haqlıdır?

Paltarlarımızı yumamaq nə qədər doğrudur BBC Türkcə-yə istinadən xəbər verir ki, Makkartni həm paltarlarımızın ömrünü uzatmaq, həm də ətraf mühiti mənfi təsirlərdən qorumaq üçün bu fikrin doğru olması qənaətindədir.

Bu sahədə mütəxəssis Laura Diaz sintetik, poliester və digər kimyəvi tərkiblə hazırlanan parçaların yuyulmaması fikrində Makkartniyə qatılır.

“Paltarlarımızı hər yuduğumuzda ətrafa təxminən 9 milyon plastik mikrolif yayılır. Təbii ki bu da həm öz sağlığımız, həm də dünyamız üçün zərərli maddələrdir”- deyə Laura Diaz bildirib.

Diaz həmçinin, paltarları daha aşağı temperaturda, maye yuyucu ilə yumağı məsləhət görür.

“Toz yuyucular daha çox sürtünmə yaratdığı üçün ətrafa daha çox mikrolif yayır. Maye yuyucular isə əksinə, sürtünməni azaltdığı üçün mokroliflərin də sayı azalmış olur”- deyə qeyd edib.

Makkartni verdiyi müsahibədə alt paltarlarının da az yuyulmasını məsləhət görür.

“Xüsusilə güpür və ipək kimi həssas parçaları paltaryuyan maşında yumaq onların daha tez korlanmasına və rənglərinin solmasına səbəb ola bilər. Əgər yalnız paltaryuyan maşından istifadə edirsinizsə, daha aşağı temperaturda yumağınız məsləhətdir. Eyni zamanda onları qurutmaq istədiyinizdə asmaq yerinə düz səthli bir yerə qoya bilərsiniz.”- deyə bildirib.

Mütəxəssilər həmçinin, cins materiallı geyimlərin də tez-tez yuyulmasını məsləhət görmürlər.

Məşhur “Levis” firmasının baş icraçı direktoru Çip Börn geydiyi cins gödəkcələrin əksəriyyətini illərdir yumadığını söyləyib.

Chip Bergh

“Qulağa dəlilik kimi gəlsə də, mən cinslərimi illərdir yumuram. Onları yumaq yerinə mikroblardan təmizləmək üçün soyuducuda saxlıyıram” – deyə bildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir