yer

Müasir memarlıqda ekstrim məkanlar

Baxış sayı: 646

İnsanların ekstrim yerləri kəşf edib orda konstruksiyalar inşa etmək arzusu özü ilə birlikdə çox vacib sualları gündəmə gətirir – Şimal qütbündə məskən salmış elm adamları, tədqiqatçılar yaşamağa necə davam edəcəklər? Təbiət alimləri Norveç tundralarında maralları müşahidə edərkən harda qalacaqlar? Gələcək nəsil Marsa ayaq basanda harda və necə yaşayacaq? Dünyanın ən çətin təbiətli yerində yaşaya bilərikmi?

Kosmik fəzanı, kosmik boşluğu unudun, alimlər hələ də Yer Kürəsindəki naməlum məkanları kəşf etməklə məşğuldular. Belə səyyar tədqiqat mərkəzlərindən biri – İngilis Antraktida Tədqiqat Mərkəzi tərəfindən idarə olunan dünyanın ən şimal hissəsində – yəni Brunt buz ərazisinin üzərində yerləşir. Nəhəng xizəklərə bənzəyən fundamentlər üzərində qurulmuş bu mərkəz, hidrolik ayaqları sayəsində şiddətli qar yağandan sonra qarın ən çətin relyefləri ilə “dırmaşa” bilir. Daha isti temperaturlarda buzlaqlar dənizə tərəf irəlilədikcə xizəkli təməllər üzərindəki modulların daha fərqli yerlərə daşınması mümkündür. Qütblərdə iqlim dəyişikliyi tədqiqatlarını aparan mərkəz kosmik gəmiyə oxşayır. Bu qeyri-adi inşa olduqca valehedicidir.

 

Həyatda qala bilməyimiz dizaynın keyfiyyətindən də asılıdır.

Bildschirmfoto 2020-12-22 um 16.34.00Bildschirmfoto 2020-12-22 um 16.33.55Bildschirmfoto 2020-12-22 um 16.34.03

Hugh Broughton Architects və AECOM Galliford Try tərəfindən inşa edilib

 

3000 metr yüksəklikdə memari inşa necə olar?

Sadəcə funikulyorla gedə biləcəyimiz Avstriyadakı xizək oteli dəniz səviyyəsindən 3350 metr yüksəklikdə (!) yerləşir. Bu inşa təbiət mənzərəsinin vizual və fiziki gücüylə harmoniya təşkil edir. Təbii “qar memarlığının” heç bir maneə olmadan toplanıb-əriyə bilməsi otel müştəriləri üçün bənzərsiz səhnə yaradır. Şüşə pəncərələrin çoxluğu 360 dərəcəlik panoramik mənzərə təqdim edir. Zəmin və tavan xüsusi mühəndislik metodları ilə mənzərənin xarakteristik xüsusiyyətlərinə görə dizayn edilib.

 

Doğrudan da təbiət ən yaxşı memardır.

Bildschirmfoto 2020-12-22 um 16.34.13

Bildschirmfoto 2020-12-22 um 17.15.29

Baumschlager Hutter Partners, Wildspitzbahn. Tirol, Avstrya

 

Memarlıq buludlara aparan bir yol ola bilərmi?

Bu seyr platformaları Trollstigen yolu adı verilmiş turist yolunun üstündə yerləşir. Yol, demək olar ki, vertikal deyə biləcəyimiz əyrilərdən girintili-çıxıntılı istiqamətlərdə irəliləyir və Norveçin ən dərin fyordları (xizək əraziləri) arasında qalan möhtəşəm keçıd üzərindədir. İnsanlar bura sadəcə yay ayları, hava daha mülayim olanda gələ bilirlər (və burda inşa edə bilirlər), lakin platformalar bütün mövsümlərdə işlək olmalıdır. Unutmayaq ki, bu qeyri-standart ərazidə bükülmüş ip kimi uzanan yolun Norveçin çətin iqlim şərtlərinə məğlub olmaması, inşanın son dərəcə dayanaqlı olması və mühəndislik işlərinin diqqətlə aparılması ilə bağlıdır.

 

Ən gözəl memarlıq nümunəsi bizə necə çətin bir işin öhdəsindən gəldiyimizi unutdura bilir.

Bildschirmfoto 2020-12-22 um 16.34.17Bildschirmfoto 2020-12-22 um 16.34.22

Trollstigen Milli Turist Seyrangahı, Trollstigen, Norveç, Reulf Ramstad Arkitekter layihəsi

 

Ren maralları gün ərzində nə edirlər?

Avropanın son vəhşi ren maralı sürülərinə ev sahibliyi edən Norveçin mərkəzindəki Dovre Dağlarına baxan bu ecazkar bölgəyə sadəcə yürüş parkuru ilə getmək mümkündür. Horizontal kolonlar üzərində yerləşən bu inşa, ziyarətçiləri həm nəsli kəsilməkdə olan maralları izləməyə, həm də, ən əsası, isinməyə dəvət edir.

Norveçi təsəvvür edirsiniz də! Bu inşa materialların kontrastlığı sayəsində meydana çıxıb. Xam dəmir və şüşədən inşa olunmuş fasad içərisindəki yumşaq taxta mərkəzi əhatə edir. Taxta mərkəz öz formasını yüz illərdir axan sulardan, küləklərdən aşınmış qayalıqlardan alıb.

 

Memarlıq macərapərəstliyi mükafatlandırır.

Bildschirmfoto 2020-12-22 um 16.34.31Bildschirmfoto 2020-12-22 um 16.34.34Bildschirmfoto 2020-12-22 um 16.34.42

Tverrfjellhytta, Vəhşi Ren maralı platforması, Hjerkinn, Norveç. SNOHETTA layihəsi

 

Müasir memarlığa teoloji toxunuş

Ruta del Pelegrino, Jalisco dağları arasından keçən 116 kilometrlik ibadət yolu. Hər il, demək olar ki, iki milyon insan Talpa Bakirəsini ziyarət üçün bu çətin yolu qət edir. Bu müşahidə nöqtəsi, zəvvarlara sığınacaq və istiqamət nöqtələri təmin etmək üçün dizayn edilmiş doqquz memari inşadan biridir. Yelləncəyə oxşayan, balanslaşdırılmış inşa, ziyarət yolunun ən yüksək yerindən mənzərəni seyr etmək və çətin yol şərtlərini müvəqqəti unudub dincəlmək fürsəti verir. Memarlıq, səyahət ola bilir.

Bildschirmfoto 2020-12-22 um 16.34.49Bildschirmfoto 2020-12-22 um 16.34.53Ruta del Peregino Crosses müşahidə nöqtəsi, Jalisco dağları, Meksika. ELEMENTAL layihəsi

 

Qütb parıltıları altında xəyal qura bilərsiniz?

Müştərilərinə reallıqdan tamamilə uzaqlaşmaq fürsəti yaradan bu lüks otel İslandiyanın əsrarəngiz torpaqlarında yerləşir. Otelin ərazisi memarlar tərəfindən həssaslıqla seçilib. Yerli adətlərə görə, mağaralarda yaşayan elfləri narahat etmək olmaz. Memarlar ətraf mühiti qorumaq məqsədilə təkrar emal edilən materiallardan istifadə ediblər. Mərkəzin suyu yaxın ərazilərdə yerləşən vulkan dağ tərəfindən qızdırılan bulaqdan gəlir. Su, demək olar ki, limitsiz olsa da, təkrar emal edilərək istifadə olunur. Otelin gecələri isə, əlbəttə ki, möhtəşəm mənzərəsi ilə insanı valeh edir.

 

Memarlıq kosmik boşluğu bizə şou kimi təqdim edir.

Bildschirmfoto 2020-12-25 um 10.05.10

Bildschirmfoto 2020-12-25 um 10.05.17

ION Macəra oteli, Thingvellir Milli Parkı, İslandiya. MINARC layihəsi

Bir bina barmaq ucunda dura bilər?

Bu kimsəsiz istirahət yerindəki kabinalar müştərilərin çöldən təcrid olunaraq dincəlmələrini təmin edir. Memarlar 20 kvm EcoLoft otel otaqlarını ənənəvi şəkildə zəminə yerləşdirmək əvəzinə dəmirdən emal edilmiş incə dəstəklər üzərində dayanmış formada dizayn ediblər. Kabinalar pitoresk bir kompozisiya ilə ətrafa səpələnmiş qaya parçaları kimi düzülüb.

 

Ekoturizm üçün ekomemarlıq lazımdır.

Bildschirmfoto 2020-12-25 um 10.05.25

Bildschirmfoto 2020-12-25 um 10.05.20

Encuentro Guadalupe, Baka California, Meksika. GRACIA STUDIO layihəsi

Ofis üzə bilər?

Üzən bir ofis binası olan “Arctia Shipping” şirkətinin əsas mərkəzi, Katajanokka sahilinə dəmirlənmiş qonşularının dizaynından ilham alınaraq inşa edilib. Ərazinin olduqca sərt soyuğu ilə mübarizə aparmaq üçün inşa edilən buzqıranlar düşünün. Obyektin horizontal kütləsi və xüsusi olaraq dizayn edilmiş qara dəmir fasad sistemi gəmilərin qara gövdələrinə bənzədilib. Cilalanmış taxtadan emal edilmiş interyer isə köhnə gəmi inşalarına göndərmə təsiri bağışlayır.

 

Binalar üzə bilirsə, nəhəng şəhərlər də üzə bilər.

Bildschirmfoto 2020-12-25 um 10.05.32

Bildschirmfoto 2020-12-25 um 10.05.30

Arctia Shipping Əsas Mərkəzi, Helsinki, Finlandiya. K2S ARCHITECTS layihəsi

Horizontal “göydələn” ulduzlara çatmağımıza kömək edə bilər?

Bu çox nəhəng teleskop (VLT) Çilinin Atakama çölündə yerləşir. Teleskop, Yer Kürəsinin ən böyük və ən inkişaf etmiş optik avadanlığından biridir. Avropa Cənub Müşahidə Mərkəzi (ESO) tərəfindən idarə olunan bu mərkəzdə çətin iqlim şəraitində (qızmar günəş, quraqlıq, zəlzələlər) çalışan elm adamlarının istirahəti və iş vaxtları arasında asudə vaxt keçirməsi üçün daxili modullar da var. Əraziyə horizontal olaraq inşa edilən otel bu gözəl və çətin təbiət şərtlərində uzun müddət qalan ziyarətçilər üçün həm də istirahət mərkəzinə çevrilib.

 

Elmi inkişaf sağlam elm adamlarına ehtiyac duyur.

Bildschirmfoto 2020-12-25 um 10.05.36

Bildschirmfoto 2020-12-25 um 10.05.40

Avropa Cənub Müşahidə Mərkəzi (ESO) Oteli, Cerro Paranal, Çili. Auer Veber layihəsi

Ayda yaşaya bilərik?

Sonunda hamımız ayda yaşamağa başlayanda ordakı qamma şüalarından qorunmaq lazım gələcək. Meteoridlərə və şiddətli istilik dalğalanmalarına qarşı qoruma təmin edən bu dörd nəfərlik məkanlar məhz bu işə yarayacaq. Obyektlər maraqlı görünüşlərini şişirilə bilən damına borcludur. Günəş enerjisi ilə işləyən robotlar ay tozunu (reqolit) 3D printerlərlə məkanların üzərinə səpələyəcək, bunu edərkən də heç bir yapışdırıcı maddədən istifadə etməyəcək. Yəni parçalar bir-birinə təbii olaraq bağlanacaq və ultra yüngül qablama yaratmış olacaq.

Memarlar bu obyektlərin 1.5 tonluq modelini inşa edərək kiçik modulları bir vakuum otağında test ediblər. Ayın cənub qütbündə inşa ediləcək ilk mərkəzi görməyə hazır olun.

 

Memari yaradıcılıq Yer Kürəsi ilə məhdudlaşmır.

Bildschirmfoto 2020-12-25 um 10.05.47

Bildschirmfoto 2020-12-25 um 10.05.50

3D print məkanlar (Real olmayan) Avropa Kosmik Agentliyi ilə birlikdə Foster+Partners layihəsi



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir