16673961611470216701101602

Mübahisələrə səbəb olan müəmmalı tapıntılar – FOTOLAR

Baxış sayı: 483

Bəzən tapıntılar öz qeyri-adiliyi ilə alimlər arasında uzun illər mübahisələr yaradır. Bu yazıda məhz bu cür müəmmalı tapıntılardan  bəhs edəcəyik.

 

Başsız atlılar

2010-cu ildə arxeoloqlar Dorset qraflığında bir məzarlıq aşkar etdilər. 54 başsız insanın  kütləvi dəfni hətta dünya şöhrətli tədqiqatçıları da vahiməyə saldı. Uzun illər ərzində aparılan araşdırma nəticəsində alimlər belə  qənaətə gəldilər ki,  onların qarşısında anqlo-saksonlarla vikinqlər arasında olan dəhşətli döyüşün mənzərəsi açılıb.  Aşkar olunan sketetlər də  məğlub edilən döyüşçülərə aiddir. Amma burada bir müəmma var :  30 döyüşçünün kəllələri cəsədlərin yanında olub, digər 24 cəsədin kəllələrinin harada olması hələ də bilinmir.

 

Körpələr qəbiristanlığı

Doktor Şklofskinin tədqiqat qrupu Romanın kanalizasiyasında qazıntılar  apararkən minlərlə uşağın sümüyünü tapıblar. Tədqiqat zamanı məlum oldu ki, o dövrdə  qəddar Roma qanunlarına görə,  kişilər istəmədikləri uşaqları iki yaşına qədər tərk edə bilərlər. İstənilməyən uşaqlar isə qətlə yetirilərək burada dəfn olunurdular.

 

“Qışqıran” mumiya

İlk dəfə “qışqıran” mumiyanı  1886-cı ildə fransız arxeoloq Qaston Maspero Misirin paytaxtı Qahirədən 500 km cənubda aparılan arxeoloji qazıntılar zamanı aşkarlamışdı. O, qoyun dərisinə bükülmüşdü (qədim Misirdə günah və pisliyin simvolu).  “E insanı” adlandırılan mumiyanın yanında, həmçinin  firon ailəsinin mənsublarının qalıqları vardı. Lonq-Aylenddəki Nyu-York Universitetinin profesoru, doktor Bob Brierin dediyinə görə, “E adamı”na və ya “Qışqıran adam”a eyni vaxtda iki insan təsir edib: “Həmin insanlardan biri onu öldürməyə, digəri isə xilas etməyə çalışıb”.

Digər mumiyalardan fərqli olaraq, “Qışqıran mumiya”nın üzərində heç bir bəzək əşyası yoxdu. Onun pozası alimləri çox  maraqlandırıb, çünki “E adamı” sanki mumiyalaşdırılarkən ağrı və əzablardan qışqırırdı. Misir Ali Əntiq Tarix Şurasının rəhbəri Zahi Həvass isə söyləyib ki, “Qışqıran mumiya”, yəqin ki , ailəsini rüsvay etmiş şahzadədir: “Məhz bu səbəbdən onu əlahiddə sərdabədə dəfn edib üzərində ehram tikməyiblər, firon ailəsinin adi üzvlərinin yanında mumiyalaşdırıblar. Bu zaman onu başqalarından fərqləndirmək üçün qoyun dərisinə büküblər. Misirlilər əmin idilər ki, belə basdırılan adamın “o dünyadada həyatı olmayacaq”.  Bu mumiyanın sirri isə yalnız 2018-ci ildə  əsrlər sonra  açılıb. Alimlərin fikrincə, “Qışqıran mumiya” firon 3-cü Ramzesin oğlu şahzadə Penteverdir. Atasını qətlə yetirməkdə təqsirləndirilən şahzadə zəhərlənərək əzabla öləndən sonra qoyun dərisinə bükülərək dəfn olunmuşdu.

 

Kristal kəllələr

Təmiz kristaldan hazırlanmış kəllələri Mərkəzi Amerikanın cəngəlliklərində ingilis kəşfiyyatçısı Eugene Babier aşkar edib. Maya dövrünə aid olan 1000 illik bu kristal kəllə sümüyü, bir blok kristal üzərinə oyularaq hazırlanıb. Necə hazırlandığı hələ də aydın olmayan kəllənin altından işıq tutulan zaman işıq göz çuxurundan əks olunur. Alimlərin fikrincə bu qurğunu hazırlayacaq texnologiya müasir dövrümüzdə belə yoxdur. Yeri gəlmişkən, bu kəllələr məşhur rejissor Stiven Spilberqin “İndiana Consun macəraları” filmində də əsas süjet xəttini təşkil edir.

 

Bağdad batareyası 

200 illik batareya Alman arxeoloqu Vilhelm Konik tərəfindən 1938-ci ildə Bağdad yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuşdu.  Bu  sirli artefaktın çox maraqlı belə bir görkəmi var idi. Belə ki,  13 santimetrlik qabın içindən metal çubuq keçirdi və  onun bir hissəsi çöldə qalırdı. Qabın içərisində isə misdən hazırlanmış silindir yerləşdirilmişdi. Onun da içərisinə dəmir naqil qoyulmuşdu. Qədim batareya 1 volt gücündə elektrik cərəyanı yarada bilib. Onun necə və kim tərəfindən icad edilməsi hələ də məlum deyil.

 

Voyniç əlyazması

Voyniç əlyazması dünyanın ən sirli kitabıdır. Müəllifi yoxdur, anlaşılmaz bir dildə yazılıb və səhifələr izah olunmayan simvollar və qəribə təsvirlərlə doludur. Əlyazmanın qeyri-standart xarakteri başqa hərf sisteminə bənzəməyən bənzərsiz bir əlifba ilə yazılmasından ibarətdir. Bu anlaşılmaz işarələr 20-ci əsrin kriptoqraflarını  belə çaşdırıb.  Qeyd edək ki, bu günə qədər bu əlyazmalar hələ də  deşifrə edilməyib.

 

Qrobol mumiyası

Qrobol mumiyasının dünya tarixində özünəməxsus yeri vardır. Unikal tapıntı Ştutqartdan olan bir qrup tarixçi tərəfindən 1998-ci ildə  dərin  bataqlıqda  aşkar olunub. Çox maraqlıdır ki,  mükəmməl şəkildə qalmış bu mumiyanın həm saçları, həm dişləri yerində imiş. Aparılan tədqiqatlar nəticəsində aşkar olunan mumiyanın ölüm səbəbi məlum olub. Keşişlər tərəfindən amansızca qətlə yetirilən bu insan işgəncələrə məzur qalıbmış. Boynu üzülən Qrobol mumiyasının   bu cür yaxşı vəziyyətdə qalması  elm adamları üçün hələ də çox müəmmalıdır.

 

Təyyarəyə bənzər müəmmalı obyekt

1898-ci ildə Misirdə, bir qəbirdə e.ə 200-cü ilə aid edilən müəmmalı bir obyekt aşkar olunub.  Müasir təyyarələr icad edilənə qədər bunun nə olduğu haqqında heç kimin bir fikri olmayıb. 1972-ci ildə  məşhur arxeoloq Xəlil Məsihə bunun bir təyyarə maketi olduğunu və qanadlarının “Konkor”du (orta məsafəli, 4 motorlu, dar gövdəli, səsdən sürətli və yüksək sürətli sərnişin təyyarəsidir) xatırlatdığını iddia edib. Lakin onun bu iddiaları hələ də təsdiqlənməyib.

 

Venesiya “vampiri”

2016-ci ildə İtaliyanın Venesiya şəhərində XVI əsrə aid kütləvi məzarlıqda ağzına daş parçası soxulmuş vəziyyətdə bir skelet aşkar edilib.  Aşkar olunan mumiyanın əli və ayağı zəncirlənmiş, ağzı sementlə tıxanmışdır. Ən təəccüblüsü isə odur ki, ölən adamın dişlərindən biri, əslində uzun və iti idi , digərləri isə  tamamilə normal idi.  Alimlər bunun tarixdə qeydə alınan ilk “vampir dəfni” olub-olmadığını hələ də  araşdırmaqdadırlar.

Florensiya Universitetinin alimi Matteo Borrininin sözlərinə görə, isə Nuovo Lazaretto adasında tapılan skelet şeytanı ovsunlama ayininin tətbiq edildiyi bir “vampir”ə aid ola bilər.

 

İnklərin qızıl fiqurları

Cənubi Amerikada tapılmış  bu qızıl fiqurların xarici görkəmi uçan aparata bənzəyir. Belə bir fiqurların nəyə əsasən hazırlanması isə məlum deyil. 1996-cı ildə alman aviamodelçiləri tapılan ink fiqurlarının iri modelini hazırladı. Çox maraqlıdır ki,  fiqurun 16 dəfə böyüdülmüş nüsxəsi havada  uça bildi.

 

Samirə Tağıyeva

16

15

13

12

14

11




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir