Nermine Abbasova

Nərminə Abbasova: “Böyrək amiloidozunun inkişafına səbəb olacaq xəstəliklər vaxtında müalicə edilməlidir”

Baxış sayı: 463

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəhbəri, ailə həkimi, terapevt Nərminə Abbasova müsahibəsində böyrək amiloidozundan bəhs edib.

 

– Nərminə xanım, böyrək amiloidozu nədir?

– Böyrək amiloidozu zülül-karbohidrat mübadiləsinin pozulması nəticəsində amiloidin, yəni mürəkkəb zülal-polisaxarid birləşməsinin böyrək toxumasında ekstrasellülyar toplanması ilə xarakterizə olunan, orqanın funksiyalarının pozulmasına gətirib çıxaran sistemli amiloidozun təzahürüdür. Qeyd edim ki, böyrək amiloidozu nefrotksik sindromun inkişafı ilə gedir və xroniki böyrək çatışmazlığı ilə sonlanır.

 

– Zəhmət olmasa böyrək amiloidozu barədə ümumi məlumat verərdiniz.

– Urologiyada böyrək amiloidozu bütün böyrək xəstəliklərinin 1-2,8 faizini təşkil edir. Patologiya sistemli amiloidozun tez-tez meydana çıxan təzahürlərindəndir. Belə ki sistemli amiloidoz zamanı müxtəlif orqanların hüceyrəarası sahəsinə xüsusi qlikoproteidlər – amiloid toplanır və onların funksiyalarının pozulmasına səbəb olur. Onu da deyim ki, böyrək amiloidozu qlomerulonefritlə birlikdə nefrotik sindromun əsas inkişaf səbəbidir.

 

– Böyrək amiloidozunun formaları sırasında irsi və qazanılmış formaların da olduğu deyilir. Ümumiyyətlə, böyrək amiloidozunun formalarının təsnifatı necədir?

– Etiopatogenetik mexanizmlərinə görə böyrək amiloidozunun beş forması ayırd edilir. Bunlar idiopatik, ailəvi, qazanılmış, senil və likal şişəbənzər formalardır. İdiopatik böyrək amiloidozu zamanı patologiyanın səbəbi və mexanizmləri naməlum olaraq qalır. Ailəvi, yəni irsi forma orqanizmdə fibrilyal zülallarının yaranmasının genetik defektləri ilə əlaqəlidir. Qazanılmış böyrək amiloidozu immunoloji pozulmalar zamanı inkişaf edir. Senil amiloidozunun əsasında zülül mübadiləsinin invlyutiv dəyişiklikləri durur. Lokal şişəbənzər böyrək amiloidozunun təbiəti isə hələ ki, aydınlaşdırılmayıb.

 

– Həkim, bəs böyrək amiloidozunun inkişafının səbəbləri nədir?

– Böyrəklərin idiopatik amiloidozunun etiologiyası əksər hallarda naməlum qalır. Bəzən xəstəlik çoxsaylı mielomalar zamanı inkişaf edir. Böyrəklərdən başqa dil, dəri, qalxanabənzər vəzi, qaraciyər, ağciyərlər, bağırsaq, dalaq, ürək də zədələnə bilər.

 

– Sonda böyrək amiloidozunun simptomları barədə oxucularımıza qısa məlumat verərdiniz.

– Böyrək amiloidozunda böyrək və böyrəkdən kənar təzahürlər yanaşı gedir. Böyrək amiloidozunun sistemli təzahürləri başgicəllənmə, zəiflik, təngnəfəslik, aritmiya, anemiya və sairdir. Bağırsaq amiloidozunun prosesə qoşulması nəticəsində davamlı diareya inkişaf edir.

Sonda onu da qeyd edim ki, böyrək amiloidozunun profilaktikası patologiyanın inkişafına səbəb ola biləcək istənilən xəstəliyin vaxtında müalicəsini tələb edir.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir