Nermine  Abbasova

Nərminə Abbasova: “Enurez vərdiş deyil, xəstəlikdir”

Baxış sayı: 1. 547

Enurez gecə və ya gündüz qeyri-iradi sidik ifrazı deməkdir. Bu xəstəliyə müxtəlif yaş dovrlərində uşaqlarda və böyüklərdə) rast gəlmək olar. Enurez termini ilə yanaşı aşağıdakı terminlər də tez-tez istifadə edilir:

gecə enurezi, yuxuda sidikqaçırma, gecələr sidiyi saxlaya bilməmək, inkontinens və s. Enurez geniş yayılmış patologiyadır. Məsələn, ABŞ-da enurezdən hər il 5-7 milyon uşaq əziyyət çəkir.

Uşaqlarda enurezlə bağlı danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova bildirir ki, diaqnoz 5yaşından sonra qoyulur. Çünki 5 yaşına qədər uşağın sidik ifrazı yuxuda olan zaman nəzarətdən çıxa bilər.

Həkimin sözlərinə görə, 5 yaşından sonra uşaqda beyinin yetkinliyi kifayət qədər olmasa, o, yuxuda olan zaman sidik kisəsinin dolmasını və sidik ifraz eləməyi nəzarətdə saxlaya bilməz:

“Bu xəstəliyin səbəbləri müxtəlifdir. Birinci növbədə genetik faktorun rolunu qeyd etmək olar. Təəssüflər olsun ki, belə ailələr adətən arxayın olurlar ki, uşaqda da bu bir müddət sonra dayanacaq. Ancaq bu xəstəlik həm uşağın psixologiyasına mənfi təsir edir, həm də anaya narahatlıq, əsəb verir”.

Nərminə həkim ikinci bir səbəb kimi bətndaxili hər hansı bir xəstəliyi, yaxud doğuş zamanı və ya doğuşdan sonrakı problemləri önə çəkib. Vurğulayıb ki, belə uşaqların yaddaşı və ya nitq inkişafı zəif olur, verilən informasiyanı yaşıdlarından gec qavrayırlar.

Həkim qeyd edib ki, Enurezə digər səbəb infeksiyalar ola bilər. Onun sözlərinə görə, belə uşaqlarda mütləq qaydada sidiyin ümumi analizi, sidiyin əkilməsi prosesi həyata keçirilməlidir. Və xəstəliyə səbəb hər hansı faktorlar varsa, müalicədən əvvəl onu aradan qaldırmaq vacibdir:

“Bu səbəblər arasında hormonol problemlər də ola bilər. Ümumiyyətlə, orqanizmdə sutka ərzində sidik ifrazı gündüzə nisbətən gecələr az olmalıdır. Bunu da nəzarətdə saxlayan vazopressin hormonudur. Bəzi uşaqlarda bu hormonun çatışmazlığı səbəbi ilə sidiyin ifrazı çox olur”.

N.Abbasova ikincili enorezin uşaqda müəyyən bir müddətdən sonra başladığını vurğulayıb. Bildirib ki, bu, hər hansı bir stressdən, ailədaxili münaqişələrdən və digər uşaq psixologiyasına təsir edən səbəblərdən yarana bilər:

“Stressdən əmələ gələn enorezin müalicəsəni psixoloqla birlikdə həyata keçiririk. Öz təcrübəmdən də deyə bilərəm ki, ən çox rast gəldiyim beyin yetkinsizliyi səbəbidir. Belə hallarla qarşılaşdığımız zaman çalışırıq ki, beyinlə sidik kisəsi arasındakı əlaqəni yaxşılaşdıraq. Belə uşaqlar adətən çox dərin yatdıqları üçün sinir sistemləri ilə daha çox işləyirik”.

Həkim Enurezin müalicə üsulundan da danışıb. Bildirib ki,

hazırda Enurezin müalicəsinin 300-dən artıq müalicə metodu var:

“Hər bir uşaq üçün düzgün metodun seçilməsi optimal qısa müddətdə sağalmanı təmin edə bilər. Həkimin bütün tövsiyyələrinin yerinə yetirilməsi və ailənin psixoloji ehtiyatlarının cəlb edilməsi müsbət və davamlı effekti təmin edir.

Birincili gecə enurezinin müalicəsi zamanı maye qəbulu qaydasına əməl olunmalıdır. Uşaq gün ərzində kifayət qədər maye qəbul etməli, yatmazdan isə ən azı ya 2, ya 3 saat əvvəl maye qəbulunu dayandırmalıdır.

Gecə enurezinin müalicəsi uzun bir prosesdir, aylar, bəzən illər tələb edir. Buna görə valideynlər səbirli olmalıdılar. Gecə enurezindən əziyyət çəkən uşağı gecələr sidiyə çıxmaq üçün oyatmaq qəti qadağandır! Gecə uşaq yatmalıdır. Lakin müalicə olunmalıdır ki, o, öz orqanizminə nəzarət edə bilsin.

Farmakoloji müalicə əksər hallarda xəstəliyin konservativ müalicəsinin digər üsulları – “davranış terapiyası” və elektrostimulyasiyanın, homeopatik vasitələrin tətbiqi şəraitində effektli olur”.

Enurezin səbəbi araşdırıldıqdan sonra, müalicəsində xəstəliyin səbəblərinə uyğun olan fizioterapevtik müalicə novü seçildiyini deyən Nərminə xanım vurğulayıb ki, Enurezin doqquzadan çox formaları müəyyən olunub. Əsa səbəblər kimi bunlar sadalanır:

1) Onurğanın və onurğa beyninin inkişaf anomaliyaları.

2) Sinir sisteminin zədələnməsi.

3) Psixoloji stresslər, psixikanın pozulması.

4) Nevrozlar.

5) Böyrəklərin, sidik kisəsi, sidik yollarının funksiya pozulması və inkişaf qüsurları.

6) İnfeksiyalar.

7) Bəzi hormonların sekresiya ritminin pozulması.

8) İrsi faktorlar.

9) Bağırsaq parazitləri və s.

Nərminə həkim sonda qeyd edib ki, Enurez vərdiş deyil, xəstəlikdir:

“Ona görə də uşağı döyərək təhqir etmək lazım deyil. Yuxuya ya 2, ya 3 saat qalmış maye azaldılmalı, ailədə maksimum sakitlik yaradılmalı, uşaq stressdən uzaq olmalıdır. Bunlara əməl eləməklə müalicəsi 99% effekt verir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




8 şərh “Nərminə Abbasova: “Enurez vərdiş deyil, xəstəlikdir”

  1. Elnarə Acalova

    Enurez həqiqətən də çox əziyyət çəkdiyimiz problemdir. Bu yazı faydalı oldu. Həkimin əlinə, beyninə sağlıq. Təşəkkürlər.

    Cavabla
  2. Samirə Abdulova

    Etiraf edim ki bu probleme gore ovladimi cox doymusem. Yazinin icinde hekimin tovsiyelerini oxuduqca ozumu qinadim

    Cavabla
  3. Mahirə Sultanova

    Təəssüflər olsun ki, biz də arxayın olurlar ki, uşaqda da bu bir müddət sonra dayanacaq. Amma dayanmır. Bu məqalədən sonra həkimə müraciət etmək fikirim qətiləşdi.

    Cavabla
  4. Gunel Balayeva

    Enurezdən necə qurtulmalıyıq sualına məhz bu yazıda cavab tapdım. Təşəkkürlərimi çatdırın həkimə

    Cavabla
  5. Salatın Quliyeva

    Həkimin yazıları biz oxucular üçün çox faydalı olur. Təşəkkür edirəm doktora

    Cavabla
  6. Xalida Qurbanova

    Həkim, əllərinizdən öpürəm. Sizə də, sizə bu yazını yayımlamaqda vasitəçi olan sayta da təşəkkür edirəm. Maarifləndirici oldu şəxsən mənə.

    Cavabla
  7. Səidə Səlimova

    Belə yaradıcı, fərqli yanaşma üsulu olan həkimlərə şərait yaratmaq lazımdır. Yoxsa baxırsan ki, saytlar və efirlərdə hər cür savadsız həkimlər danışdırılır.

    Cavabla

Elmira Xudiyeva üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir