Nermine Abbasova

Boğaz ağrısının təbii yollarla müalicəsi necə edilə bilər?

Baxış sayı: 575

Boğaz ağrısı, gündəlik həyatda tez-tez rast gəlinən və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilən bir simptomdur. Bu şikayət, adətən soyuqdəymə, qrip, badamcıq iltihabı (tonsillit) və ya digər respirator infeksiyalar nəticəsində yaranır. Modern tibb bu vəziyyətlər üçün müxtəlif dərmanlar təklif etsə də, təbii üsullar hələ də həm simptomların yüngülləşdirilməsi, həm də bərpanın sürətlənməsi baxımından çox əhəmiyyətlidir.

 

1) Limon suyu ilə qarqara

Boğaz ağrısının ən yaygın və təsirli təbii müalicələrindən biri limon suyundan istifadədir. Limonun tərkibindəki sitrik turşu antibakterial xüsusiyyətə malikdir və iltihabı azaldaraq ağrını yüngülləşdirir.

Tətbiqi:

Bir stəkan ilıq suya yarım və ya bir limon sıxılır.

Bu qarışımla gündə 3-4 dəfə boğaz qarqarası edilir.

Bu üsul boğazın mikroblardan təmizlənməsinə və iltihabın azalmasına kömək edir.

bogaz agrisi

2) Alma sirkəsi ilə dəstək

Təbii və qarışıqsız alma sirkəsi də boğaz ağrısında köməkçi vasitədir. Əskiyə batırılmış sirkə boğaza sarılır. Xüsusi təsir üçün xəstənin ayaqları da isti sirkəli suya batırılmış dəsmala qoyularaq istilənir, sonra qurulanıb örtülür. Bu üsul qan dövranını stimullaşdıraraq immunitetin işini dəstəkləyir.

 

3) Zerdeçal, zəncəfil və zeytunyağı qarışığı

Boğaz ağrısının yüngülləşdirilməsində ədviyyatlar və bitki yağları çox faydalıdır:

Çay qaşığının ucunda sarıkök (zerdeçal)

Zəncəfil tozu

Çox az qara bibər

Bir yemək qaşığı zeytunyağı ilə qarışdırılır və içilir.

Bu qarışıq, xüsusilə qrip və tonsillit zamanı iltihabı azaldır və boğaz ağrısını yüngülləşdirir.

 

4) Təzə çuğundur suyu ilə qarqara

Çuğundurun torpaqdan çıxmış təzə suyu da boğaz iltihabında istifadə olunur. Tərkibindəki təbii antioksidantlar və minerallar mikrobların fəaliyyətini zəiflədir.

 

5) Kələm yarpağı ilə sarımaq

Hər iki saatda bir boğazın çöl tərəfinə kələm yarpağı sarımaq da ağrını yüngülləşdirir. Yarpağın təbii maddələri iltihabı azaldır və rahatlıq verir.

 

6) Duzlu su ilə qarqara

Sadə, lakin effektiv üsullardan biri də duzlu su ilə qarqaradır:

Bir stəkan soyuq suya bir çay qaşığı duz əlavə edilir.

Qarqarası yetkinlər üçün uyğundur, uşaqlara tövsiyə edilmir.

bogaz

7) Şalfey (Adaçayı) – Təbii qoruyucu

Şalfey, boğaz ağrılarında və tənəffüs yolu infeksiyalarında geniş istifadə olunur.

Qarqara və ya çay şəklində qəbul edilə bilər.

Diş əti, damaq və boğaz iltihablarına qarşı çox təsirlidir.

Tənəffüs sistemini rahatlaşdırır, səs batmalarını azaldır.

 

Tarixi və elmi baxış:

Şalfey bitkisinin adı latınca salvia sözündən gəlir və mənası “qorumaq, mühafizə etmək”dir.

Misirlilər şalfeyi doğuş prosesində, antik Yunan və Roma insanları isə ət qorumaq üçün istifadə edirdi.

Orta əsrlərdə qurudulmuş şalfey tüstüsünün otaqlarda verilməsi ilə dezinfeksiya edilirdi.

“Dörd oğru sirkəsi” adlanan vəba dövrü sirkəsinin tərkibində şalfey də var idi; bu qarışıq epidemiyalar zamanı insanları qoruyurdu.

Bu gün şalfey həm soyuqdəymə, qrip, boğaz ağrısı və səs batmalarında, həm də immuniteti gücləndirən bir bitki kimi tanınır. Depressiya, yaddaş itkisi, xərçəng və ürək narahatlıqlarına qarşı da faydalı təsirləri qeyd olunmuşdur.

 

Boğaz ağrısı zamanı təbii üsulların istifadəsi simptomları yüngülləşdirir və bərpa prosesini sürətləndirir. Limon, alma sirkəsi, zerdeçal-zəncəfil qarışıqları, çuğundur suyu, kələm yarpağı, duzlu su və şalfey kimi vasitələr həm effektiv, həm də geniş tətbiq sahəsinə malikdir. Təcrübələr göstərir ki, bu üsullar düzgün tətbiq olunduqda, xəstənin rahatlığını əhəmiyyətli dərəcədə artırır.

 

Nərminə Abbasova

Terapevt, ailə həkimi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir