ms

Narkotik maddə istifadəçisi olduğunu necə anlamalı?

Baxış sayı: 27. 042

Son günlər narkotik maddə aludəçisinə çevrilənlərin taleyinin acı nəticələri ilə tez-tez rastlaşırıq. Uyuşdurucu asılılığına qarşı mütəxəssislər ailələri xəbərdar edir. Psixiatr və ekspert Sərdar Nurmədov həzz arxasınca qaçan, səbir etməyi bilməyən, hər şeyi dərhal əldə etmək istəyən nəslin narkotik maddələr baxımından böyük risk altında olduğunu bildirib.

Sərdar Nurmədovun xalq arasında “bonzai” kimi tanınan “sintetik kannabinoidlər” ilə mübarizə yolları barədə fikirlərini təqdim edir:

Hansı şəxslər risk altındadır?

“Bu gün həzz arxasınca qaçan nəslin böyük bir risk altında olduğunu qeyd etmək lazımdır. Digər bir risk faktoru isə boşanmış ailələrdir. Onlar hər az narkotik maddə aludəçisinə çevrilə bilər.

Ailə daxili ünsiyyətin az olması da digər bir risk faktorudur. Məktəb və ətrafındakı risk amilləri əzəldən bəri məlumdur. Lakin son zamanlar narkotik maddələrlə tanışlıq yaşı aşağı düşür”.

Bu dəyişikliklərə diqqət edin

Psixiatriya eksperti Sərdar Nurmədov maddə istifadəçisi olanlarda baş verən dəyişiklikləri belə sıralayıb:

Vərdişləri dəyişir.

Gecə yuxusu pozulur.

Əsəbiliyi – qəzəb və dözümsüzlüyü artır.

Qidalanma vərdişləri dəyişir. Xüsusilə “sintetik kannabinoid” istifadəsindən sonra şirniyyat ehtiyacı artır.

Geyim-kecimi, saç forması, hətta danışıq tərzi də dəyişir.

Unutqanlıq, diqqətsizlik halları tez-tez baş verir.

Gözlərdə qızartı olur.

Bu əlamətlərin bir və bir neçəsi tez-tez təkrarlanırsa, ailələr diqqətli olmalıdır.

Ailə üzvlərimizdən birinin narkotik maddə istifadə etməsindən şübhələnəndə nə etməli?

Əvvəla təşvişə düşməməliyik, çünki yanıla da bilərik. Şübhələndiyiniz an onunla danışmağa çalışın. Söhbət əsnasında təmkinli olun. Qulaq asın, mühakimə etməyin, anlamağa çalışın. Bunun üçün anlamağa yönələn suallar verin. Anlamağınız onun hərəkətlərini qəbul etdiyiniz anlamına gəlmir. Müalicə üçün təzyiq göstərməyin. Sizin bu məsələdə mütəxəssis olmadığınızı, bir mütəxəssislə məsləhətləşməyin daha faydalı olacağını bildirin. Onunla mübahisə etməyin.

Müalicəsi varmı?

Mütəxəssis bildirib ki, digər narkotik maddələrdə olduğu kimi, sintetik kannabinoidlərin də müalicəsi mümkündür. Proses, üstünə nə qədər tez düşülsə, bir o qədər yaxşı nəticə verir. Başqa sözlə, həkimə vaxtında müraciət beyin və bədənin az zərər görməsinə səbəb olar

Bundan başqa, mütəxəssis müalicənin ilk həftələrində tibb müəssisəsində professional dəstık almağın daha ağıllı qərar olduğu qənaətindədir. Onun fikrincə, intensiv detoksifikasiya ilə yanaşı neyropsixoloji testlərin də aparılması məqsədəuyğundur. Bununla yanaşı, fərdi və qrup terapiyaları da maddə asılılığının qarşısını almağa yönəlib.

Xəstəxana şəraitində müalicədə zərurət yaranarsa, ailələr üçün terapiyalar təklif olunur. Xəstəxanadakı müalicənin müddəti bitdikdən sonra xəstənin müalicəsi 12 aya qədər davam etdirilir. Həmin vaxt ərzində həyata keçirilən proqram insanın sosial əhatəsinin dəyişməsinə, peşə sahibi deyilsə, ixtisasa yiyələnməsinə, işə başlamasına, ailədaxili münasibətlərin düzəldilməsinə, yeni vərdişlər qazanmasına yönəlir.

Mütəxəssis, bu prosesdə asılı insanın iradəsini ən vacib amil hesab edir: “Unudulmamalıdır ki, sintetik kannabinoidlər qədər digər narkotik maddələrlə mübarizədə iradəli olmaq önəmlidir”. (Publika.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir