das kuftesi

Naxçıvanlılar daş küftəsini necə hazırlayırlar?

Baxış sayı: 505

Tərkibi:

400 qr ət

1-2 tikə quyruq

1 ədəd baş soğan

50-60 qr noxud (suda isladılmış)

50-60 qr düyü

1 ədəd yumurta

nanə qurusu

tərxun qurusu

reyhan qurusu

mərzə qurusu

alça turşusu

duz

istiot

sarıçiçək

tomat və ya pomidor

 

Hazırlanması:

Tikə əti 2 saat dayanmadan “ət daşı” adlanan xüsusi yasdı daşın üzərində ağac toxmaqla qiymə halına gələnədək döyün. Qiymə halına düşdükdə üzərinə isladılmış noxud, quyruq, soğan əlavə edib birlikdə döyün. Üzərinə göyərti qurusu ( nanə, mərzə, reyhan, şüyüd və tərxun qurusu) ovun və qarışdırın. Üzərinə yumru düyü, duz, istiot, sarıçiçək, yumurta və azca isti su əlavə edib əllə yaxşıca qarışdırın. Hazır qiyməni bir ovucun içərisinə sığacaq böyüklükdə kündələrə ayrın. Kündələrin içərisinə alça, gavalı və ya albuxara turşusu qoyub yuvarlayın. Bəzi hallarda isə duzlu yumurta qoyulur. Küftələri qaynar suya salıb bişirib çıxarın. Qazanda qaynayan suya duz, sarıçiçək və ya tomat vurub küftələri də içinə əlavə edib bişirin. Daş küftəsinə bəzi bölgələrdə kartof da vurulur.

Nuş Olsun!

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir