obama

OBAMA zarafat etdi: “O, illərini İsveç gözəli, Argentina gözəli, Azərbaycan gözəli və digərləri ilə görüşərək keçirib”

Baxış sayı: 1. 621

ABŞ prezidenti Barak Obama sabiq dövlət katibi Hillari Klintonu zarafatla öz sələfi adlandırıb.

Gencaile.az Report-a istinadən xəbər verir ki, Amerika lideri bunu şənbə günü Ağ evdə akkreditə olunmuş jurnalistlər assosiasiyasının ənənəvi şam yeməyində çıxışı zamanı deyib.

“Gələn il burada başqa biri dayanacaq, elə məhz bu yerdə və bu qadının kim olacağını təxmin etmək olar”, – deyə növbəti ilin yanvar ayında prezidentlik müddəti başa çatacaq Obama bildirib.

Qeyd edək ki, prezident ənənəvi olaraq assosiasiyanın şam yeməyində sərbəst şəkildə çıxış edərək müxtəlif mövzularda zarafatlar edir. Keçmiş birinci xanım isə prezidentlik yarışındakı iştirakçılar arasında qalan yeganə qadın namizəddir.

ABŞ prezidenti, həmçinin prezidentlik yarışında respublikaçılar arasında favorit olan Donald Trampın əhəmiyyətli təcrübəsi ilə bağlı da zarafat edib. O, milyarderə məxsus olan “Dünya gözəli” yarışmasını xatırladıb.

“Respublikaçıların siyasi elitası onun (Trampın), çox güman ki, onların namizədi olacağına şübhə ilə yanaşır. Onlar deyirlər ki, onun prezident olmaq üçün xarici siyasət təcrübəsi çatışmır. Ədalət naminə demək lazımdır ki, o, bütün illərini dünya liderləri – İsveç gözəli, Argentina gözəli, Azərbaycan gözəli və digərləri ilə görüşərək keçirib”, – deyə prezident əlavə edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir