Xeste

Onkologiya ilə bağlı miflər

Baxış sayı: 326

Mütəxəssislər xərçənglə bağlı və xərçəngdən qorunmağı çətinləşdirən mifləri səsləndiriblər.

Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil onkoloqu Andrey Kaprin “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib ki,

faktların bilinməməsi və xərçənglə bağlı miflərin çoxluğu səbəbindən bu öldürücü xəstəliyə diaqnoz qoymaq çox çətindir. Onun sözlərinə görə, onkologiyanın təhlükəsi ondan ibarətdir ki, çox vaxt ilkin mərhələdə özünü göstərmir. Ən başlanğıcda xəstəliyin əlamətləri bədəndə baş ağrısı, qızdırma, öskürək, səpgi və ya əzalarda ağrı kimi adi problemlərlə qarışdırıla bilər.

O, həmçinin qeyd edib ki, bir çox insanlar ağrı hiss etdikdə ağrıkəsicilərlə onu boğmağa çalışır, hamama və ya masajlara gedirlər. Onkologiya vəziyyətində bütün bu hərəkətlər nəinki kömək edə bilməz, həm də xəstəliyin gedişatını ağırlaşdıra bilər.

Xəstəliyin qarşısını almaq və ya erkən mərhələdə aşkar etmək üçün profilaktik müayinələr aparmaq lazımdır. Yalnız həkimlər bədənin real vəziyyətini qiymətləndirə və tövsiyələr verə bilərlər.

Həkimə ağrı olanda deyil, xəstələnməmək üçün getmək vacibdir. Onkoloqun qeyd etdiyi kimi, bu, həyat üçün təhlükəli xəstəliklərin inkişafının qarşısını almağın yeganə yoludur.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir