onlayn oyunlar

Onlayn oyun xəstəsi olan qadın internet-kafedə doğdu

Baxış sayı: 1. 486

Çinin Nançan şəhərindəki internet-kafelərin birində doğum olub. “Gencaile.az”-ın “The Star”a istinadən verdiyi xəbərə görə, onlayn oyuna aludə olan hamilə qadında doğuş başlayıb. Həkimlərin və ya ətrafdakıların heç bir köməyi olmadan döşəmənin üstündə çox tez bir müddətdə dünyaya uşaq gətirən qadın daha sonra oyununa davam edib. Kafenin digər müştəriləri körpə ağlaması eşitdikdən sonra həmin masaya yaxınlaşıb, məsələdən hali olublar. Onlardan biri anaya isti duş qəbul etməyi təklif etsə də, oyun xəstəsi bundan imtina edərək əvvəlcə öz sevimli oyununu sona çatdırmaq istədiyini bildirib. Bundan şoka düşən ətrafdakılar körpənin üstünü örtərək təcili yardım çağırıblar.

Qadın deyib ki, ailəsi ilə mübahisədən sonra evdən qaçıb və sevgilisinin yanına getmək istəyib. Lakin pul kisəsini itirib və sevgilisini kafedə gözləməyə qərar verib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir