detoks

Orqanizmi cavanlaşdıran detoksun faydaları

Baxış sayı: 1. 813

Hər bir insan orqanizminə toksin yığılır. Toksin – zəhər deməkdir. Həm bədənimizdə istehsal olunur, həm də xaricdən alınır. Detoks isə hər hansı bir yolla bədənimizə daxil olan, ya da bədənimiz tərəfindən istehsal edilən və tullantı maddə olaraq xaric olunmağı gözləyən zərərli toksinlərdən xilas olmaq mənasına gəlir. Latın mənşəli sözdür və “Detoxikation” anlayışının qısaldılmış variantıdır.

Zərərli toksinlər necə yaranır?
Toksinlər qismən xaricdən alınır, bir qismi də orqanizmdə yaranır. Müasir elmdə “sərbəst radikallar” adlandırılan bu zəhərli maddələr, təbiətdəki çirklənmə nəticəsində tənəffüs yolu, qida və içkilər vasitəsi ilə orqanizmə daxil olur. Bundan başqa, yanlış qidalanma və həzm sisteminin zəifləməsi sonucu orqanizmdə yaranırlar.

Detoks orqanizmi yalnız zərərli artıqlardan təmizləmir, həm də qocalmağa və xəstəliyə yol açan toksinlərdən azad edir. Fizioloji tarazlığı bərpa edən detoks toxumalardakı toksinləri yumşaldaraq qan dövranı sisteminə çəkir. Bütün zəhərli hissə qanla bağırsaqlarda toplanaraq fəal və təbii üsullarla oradan təmizlənir.

Detoksun məqsədi nədir?
Detoksdan məqsəd bədənimizi toksinlərdən təmizləyərək sağlamlığımızı qorumaq, bədəndəki mayelərin turşulaşmasının qarşısını almaq, turşu  tarazlığını qorumaqdır. Bildiyimiz kimi, sağlam orqanizmdə qan və bədən sularının yüngül qələvi olması şərtdir. Qələvi bədən mayesi və qandakı oksigen səviyyəsi eyni zamanda güclü immunitet sisteminin əsasıdır. Qanın turşulaşması isə orqanlarımıza və beyin hüceyrələrə zərər verə bilər.

Detoksu nə vaxt etmək lazımdır?
Detoks ehtiyacı insana və sağlamlıq vəziyyətinə görə dəyişir. Mövsüm dəyişikliklərində detoks etmək bədənimiz üçün faydalı ola bilər. Odur ki, hər mövsüm detoksa icazə verilir.

Detoks formaları nələrdir?

1. Total oruc / yalnız su, çay və meyvə-tərəvəz suları ilə
2. Bazik oruc / qidalanma (turşu ifraz edənlər yeyilmir)
3. Tək istiqamətli qidalanma: Sadəcə bişməmiş qidalar ilə qidalanma (maye və ya bərk)
4. Həftənin bir günü heç bir şey yemək olmaz
5. Müxtəlif dini oruclar

Detoks müddətləri nə olmalıdır?
1. Total oruc üçün: Ən az 5 gün və ən çox 21 gün; İldə 1-2 dəfə edilir.
2. Bazik qidalanma üçün: Ən az 7 gün və ən çox 21 gün; İldə bir neçə dəfə edilir.
3. Tək istiqamətli qidalanma (yalnız meyvə və ya çiy qidalar) üçün: Həftədə bir gün davamlı olaraq edilir.
4. Həftənin bir günü bir dəfə heç bir şey yeməyin: Müddətsizdir.

Detoks nəyə lazımdır?
1. Xəstəliklərdən qorunmaq
2. Orqanlara istirahət vermək.
3. Təmizlənmək
4. Cavanlaşmaq
5. Dərini təmizləmək
6. Qocalmağı ləngitmək
7. Motivasiyanı artırmaq
8. Məhsuldarlığı təmin etmək
9. Sakitləşmək
10. Gümrah və qoçaq olmaq
Kimlər detoks edə bilməz?
1. Ciddi psixoloji müalicə alanlar
2. Hamilələr və uşaq əmizdirən analar
3. Yüksək təzyiq xəstələri
4. Podaqra xəstələri,
5. Ürək-damar sağlamlığından əziyyət çəkənlər
6. Sümük xəstələri
7. Diabet xəstələri
9. 16 yaşından aşağı uşaqlar
10. Fiziki ağır işdə çalışanlar
11. Sağlamlıq problemi olan yaşlılar
12. Qanazlığı olanlar
13. Müntəzəm dərman almaq məcburiyyətində qalanlar.

Detoks ən çox kimlərə təklif olunur?
1. Ürək bulanması halı
2. Paslı dil
3. Heç bir sağlamlıq problemi olmadan, artıq çəkiləri səbəbindən zəifləmə proqramına daxil olanlar
4. Qəbizlik
5. Zehni bulanıqlıq, irritasyon, gözaltı qara halqalar yaranan zaman
6. Çətin nəfəs almaq
7. Qəbizlik
8. Kəskin bədən qoxusu problemi olanlar
9. İshal
10. Dəridə yara və sızanaq problemi olanlar
11. Siqaret çəkib və ya spirtli içki qəbul edənlər, kimyəvi materiallarla işləyənlər
12. Qan testləri normal çıxanlar.

Detoksda hansı qidalar istifadə olunur?
Avokado, şaftalı, limon, limon yarpağı, bal, şaftalı, ərik, krem pendir, vanil, qurudulmuş çobanyastığı, qurudulmuş lavanda, böyürtkən, qatıq, hil toxumu, yerkökü suyu, manqo, yaşıl çay, itburnu, ada çayı, darçın, zəncəfil, mixək, nar, portağal, qaragilə detoks üçün ən effektli qidadır.
Toksin  qəbulunu azaltmaq üçün nələr edə bilərik?
Yemək bişirmə üslubumuzu dəyişməliyik.
İstifadə etdiyimiz sabun və yuyucu vasitələrin bitki əsaslı olmasına diqqət etməliyik.

İmkanınız varsa, bir damcı təmiz dəniz suyunu içməli suyunuzun içinə qataraq bədəninizin turşu nisbətini təmin edə bilərsiniz. Dənizdə üzməyin də müalicəvi xüsusiyyətləri var və gündə müəyyən fasilələrlə suya girmək çox faydalıdır.

Yenə imkanınız varsa, dağ və dəniz havası qəbul edin. Dağ və dəniz havasının oksigen artırıcı və tarazlıq tənzimləyici təsirləri var.

Bitki çayları için. Başda yaşıl çay olmaqla, bir çox bitki çayı detoks təsirə malikdir.

Avokado+Şaftalı içkisi
1 tam yetişmiş avokado
½ st. tofu pendiri
1 st. yeni sıxılmış şaftalı və ya alça suyu
2 çay qaşığı bal
½ çay qaşığı maye vanil
2 qab buz,
Hamısını blenderdən keçirin.
Qarışıq limonad
1/2 l. yaşıl yeni sıxılmış limon suyu
1/2 l. portağal suyu
1 l. adi su
Buzlu limon dilimləri
Limon yarpağı və çobanyastığı çayı
½ st. qurudulmuş çobanyastığı
2 x.q. qurudulmuş limon yarpağı
1/3 st.  bal
6 st. su

Tələb olunan ərzaqları qaynar qaynadılmış suya töküb ağzı bağlı şəkildə 10 dəqiqə dəmləyin. Daha sonra süzüb üzərinə bal əlavə edərək isti və ya buzlu su ilə içə bilərsiniz.

Böyürtkən+Qatıq
3 st. böyürtkən
1 st. azyağlı qatıq
1 st. azyağlı süd
3 ç.q. bal
Ərzaqları blenderdən keçirin.

Banan+qatıq
1 banan
½ st. azyağlı qatıq
2/1 ç.q. bal
Buz
Bütün ərzaqları blenderdən keçirin və buz əlavə edib içə bilərsiniz.

Nar+Portağal
1 st. təzə nar suyu
1 st. təzə portağal suyu
1 ç.q. zəncəfil əlavə edib için.

Nar+ qara qarağat
1 st. nar suyu
½ st. qara qarağat
1 çubuq darçın
Ərzaqları aşağı istilikdə 10 dəqiqə dəmləyib darçını çıxarın. 1st. adi su əlavə edin.

publika.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir