Zumrud Haqverdiyeva

Övladınızın potensialını ortaya çıxarmaq üçün nələr edə bilərsiniz? – “SEANS VAXTI”

Baxış sayı: 374

1) Kəşf etmə bacarığı və öyrənmə istəyi

Kiçik yaşlardan kəşf etməyə marağa sövq edin. Öyrənməyə həvəsini artırmaq üçün kiçik hissəli kitablar, oyuncaqlar olan bir mühit yarada bilərsiniz.

2) Oxuma həvəsi

Uşağınıza oxuma həvəsini artırmaq üçün hərgün kitab oxuyun. Onların marağına uyğun kitablar seçə bilərsiniz.

3) Problemi həll etmək bacarığını aşılayın

Bir problemə daxil edin və həll etmə variantlarını kəşf etməsinə kömək olun. Açıq mövzular qoyun ki, daha rahat həll edə bilsin.

4) Məsuliyyətə cəlb edin

Geyinmə, əşyalarını səliqəyə salmaq yaşına uyğun məsuliyyətlər verin.

5) Emosional zəka

Onlara öz duyğularını ifadə etməsinə şərait yaradın.

6) Sağlam həyat tərzi

Sağlam qidalanma, idman və düzgün yuxu rejimi olmasına nəzarət edin. Yaxşı öyrənmə bacarığı, sağlam bədən və zehindən asılıdır.

7) Sosial vəsaitlərdən istifadə saatları olsun

Gün ərzində zamanın çox hissəsini telefonda olmasının qarşısını alın.

8) Dərsdən əlavə məşğuliyyət

İdman, musiqi, rəsm və.s kimi məşğuliyyətə cəlb edin.

9) Övladınıza qarşı aranızda açıq qapı qoyun

10) Müsbət yanaşma

Kiçik uğurlarını belə alqışlayın. Bu onlara motivasiya verə və özgüvəni qaldıracaqdır.

 

 

Zümrüd Haqverdiyeva

Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir