Seks

“Övladlarının cinsi münasibət cədvəlini….” – Cəmiyyətimizin faciəsi

Baxış sayı: 466
“Gəlin evləndikdən 3 ay sonra təbii yolla hamilə hələ qalmırsa, sonsuz damğası vururlar”.
Bunu  sosioloq Lalə Mehralı 21 yaşlı qızın ana ola bilmədiyi üçün intihar etməsindən danışarkən dedi. Onun sözlərinə görə, insan evləndikdən sonra orqanizmin özünə gəlməsi, adaptasiyası üçün müəyyən prosesi keçməsi tamamilə normaldır:
 
“Yeni evli xanım təbii yolla hamilə qalmırsa, tibbi dəstək almasında da qeyri-adi heç nə yoxdur. Hazırda müasir tibb elmi sözügedən problemlərin aradan qaldırılmasına yardımçı olur. Niyə 21 yaşında bir qadın övladının olmamasını özünə dərd edir?! Təbii ki, ətrafın stiqması, xüsusilə, ailə böyüklərinin qınağı onları ölümə sürükləyir. Hətta gəlinin menstrual tsiklini hesablayan qayınatalar, oğlu ilə həyat yoldaşının cinsi münasibət cədvəlini tərtib edən qayınanalar görmüşük. 
Əslində bu kimi çox faktlara şahid olmuşuq. Sadəcə hər şeyi deyə, yaza bilmirik. Həkimlər, sosioloqlar, jurnalistlər yazılarında, çıxışlarında ailə böyüklərini başa salmağa çalışır. Lakin anlamaq istəmirlər. Sanki uşaq olmasa, ailə “ailə” kimi qəbul edilmir. Övladı olmayan xoşbəxt cütlüklər çoxdur. Amma ətrafları onlara mehriban, bəxtəvər olmağa imkan vermirlər. Kimi təzyiqlərə dözür, insanların fikirlərini önəmsəmir və həyat yoldaşı ilə biri-birini dəstəkləyərək, ailə yolunda davam edir. Kimi də ya intihara əl atır, ya da boşanır”.
Qeyd edək ki, Ağdamda 21 yaşlı qız intihar edib. Rayon sakini 2002-ci il təvəllüdlü Sənurə Səmədova övladı olmadığı səbəbindən özünü asıb. Faktla bağlı araşdırma aparılır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir