intihar

“Övladlarının ölümünə razı olurlar, boşanmasına yox”

Baxış sayı: 634

Şamaxı rayonunda hamilə qadın intihar edib. Hadisə Qaleybuğurt kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü Quliyeva Səkinə Sədrəddin qızı yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb. Məlumata görə, S.Quliyeva dörd aylıq hamilə olub. Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Baş verənlərlə bağlı danışan yazıçı-jurnalist Türkan Turan bildirir ki, 2021-ci il olsa da, hələ cəmiyyətimizdə “gəlinliklə getdiyin evdən kəfənlə çıxacaqsan” düşüncəsi hökm sürür:

Turkan Turan

“Artıq neçənci intihar hadisəsidir ki, övladı olan və ya hamilə qadınlar intihar edir. Bu hadisələr adi hal alıb. Belə halların kökündə təhsilsizlik dayanır. Qadın fikirləşir ki, valideynləri ər evindən yalnız kəfənlə çıxamalı olduğunu deyiblər, ərin yanında qala bilmir, özü isə sərbəst şəkildə öz ayaqları üzərində dura bilmir. Böyük ehtimalla intihar edən qadın hansısa peşə sahibi deyil. Ona görə qız uşaqlarının təhsil alması çox önəmlidir. Ümumiyyətlə, buna bənzər nə kimi problemlər baş verirsə, hamısı qızların təhsilsizliyindən doğur.


Hələ də valideynlərin düşüncəsi dəyişməyib. Bir ana və ata niyə övladının arxasına dayanmasın ki?

Övladlarının ölümünə razı olurlar, amma boşanmasına yox. Rayon yerlərində vəziyyət isə daha acınacaqlıdır.

Bakıdakı qadınlar heç nə bacarmasalar da, ali təhsilləri olmasa da, gedib qab yumaqla pul qazanıb çətinliklə olsa da, ayaqda qalırlar. Kənd yerlərindəki qadınlar isə tamamilə əlacsızdır. Milli mentalitet  ailələrimizi tamamilə məhv edir, insanların həyatı bahasına başa gəlir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir