ev

Pəncərəsiz otaqlar necə dekor etməli? – “EVİN İŞİ”

Baxış sayı: 813

Pəncərəsiz otaqları dizayn etmək çətindir. Bu cür otaqları dekor etmək üçün yüksək zövqə sahib olmaq lazımdır. Pəncərəsiz otaqları bir neçə kiçik fəndlə daha geniş görünüş vermək mümkündür. Güzgü, açıq rəngli aksesuarlar və sadə mebellər bu cür otaqlarda ən çox istifadə olunan əşyalardandır.

Beləliklə, “Evin işi” rubrikasında pəncərəsiz evlərə kiçik toxunuşla fərqli görünməsinin yollarını təqdim edirik:

Bu cür otaqlarda işığın bərabər paylanmasına nəzarət etmək mütləqdir. Bunu üçün ən yaxşı üsul “spot” lampaları tavan boyunca bərabər şəkildə yerləşdirməkdir.

Pəncərəsiz otağı  metal çərçivələr, vazalar və ya şamdanlarla dekor edə bilərsiniz.

Güzgülər işığı əks etdirərək boşluqlara dərinlik qatır. Otaqda bir neçə güzgü asa və ya güzgülü mebeldən istifadə edə bilərsiniz.

 

Pəncərəsiz otaqlarda açıq rənglərdən istifadə edilərək, geniş görünəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir