paltaryuyan masin

Paltaryuyan maşını kifdən necə qorumalı?

Baxış sayı: 1. 287

Kifin ən çox sevdiyi yerlərdən biri də paltaryuyan maşının rezinidir. Çünki məhz burda onun yaranıb, yayılması üçün rütubətdən tutmuş, isti temperaturadək bütün şərtlər var.

Təqdim etdiyimiz ən sadə məhlulun köməyilə paltaryuyan maşınınız ilk günkü təmizliyinə geri dönəcək.

 

Məhlulun tərkibi:

tərkibində xlor olan təmizləyici vasitə

25 qr limon duzu

qalın rezin əlcək

süngər

 

Hazırlanma və istifadə qaydaları:

Öncə maşının içərisini və rezinini quru parça və ya salfetlə təmizləyin. Sonra xlorlu təmizləyici vasitəni rezinin içərisinə hərtərəfli töküb, süngərlə sürtün. Paltaryuyanın qapağını bağlayıb, 2 saat saxlayın. Sonra “Yaxalama” funksiyasını qoşub, içiboş maşını işə salın. Sonra limon duzunu təmizləyici toz üçün nəzərdə tutulmuş gözə töküb, maksimal istilik funksiyasını qoşun. Yenidən boş paltaryuyan maşını işə salın.

Sonda isə nəzərinizə çatdıraq ki, bu problemlə qarşılaşmamaq üçün. Paltaryuyanın rezinini hər dəfə paltaryuduqdan sonra quru dəsmal ilə silin. Qapısını açıq saxlayın, və iki aydan bir bu üsuldan istifadə edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir