Makiyaj

Payız üçün podium ulduzlarından ilhamverici makiyajlar – FOTOLAR

Baxış sayı: 1. 566

Məşhur modellər və fəşn blogerləri sadəcə geyim tərzi ilə deyil, makiyajları ilə ilham verməyə davam edir. Maraqlı olacağını nəzərə alıb, oxucuları payız-qış mövsümünün makiyaj trendləri ilə tanış edirik.

 

Qəhvəyi parlaqlıq

Bronz Işıltı

Qəhvəyi və bürünc göz kölgələri yayda qaralmış dəridə effektli təsir bağışlayır. Baxışlarınızı daha ifadəli və mənalı etmək üçün bu effekti bronzerlə tamamlayın.

 

Minimalist layner

Minimal Kedi

Pişiksayağı göz makiyajı gözləri olduğundan qıyıq göstərəcək. Məşhur model Emili Ratajovski bu göz makiyajını isti bej tonlarda pomada ilə tamamlayıb, dodaqlarının formasını isə eyni tonlarda bir qələmlə vurğulayıb.

 

90-cı illər effekti

90'lar Havası

90-cı illərin qəhvəyi tonlu dodaqları geri qayıdıb! Üzünüzü Rozi Hantinqton-Uaytli kimi konturlayıb dodaqları qəhvəyi qələmlə haşiyəyə alıb içini doldurun. Eyni zamanda kontur kirşanını donuq göz kölgəsi kimi istifadə edərək monoxrom görünüş əldə edə bilərsiniz.

 

Parlaq karamel

Parlak Karamel

Karamel tonların mürəkkəb və isti effekti Kara Gerberin gözəlliyinin vurğulayıb. Həm ultra parıltılı, həm təbii, həm də cəlbedici makiyaj edən model kirpikləri üçün həcm verən məhsullar yerinə, tükləri bir-bir ayırıb uzadan tuş seçib. Nümunə götürməyə dəyər.

Al-qırmızı

Gerçek Kırmızı

Qırmızı dodaqlar ilin bütün fəsilləri üçün aktualdır. Odur ki, klassik qırmızı pomadalar bu mövsümdə dəbdə olmağa davam edəcək. Model Miranda Kerr iddialı dodaqlarını dərisinə uyğun olan ənliklə birləşdirib. Bu makiyajın gözəl alınmasının əsas sirri isə Mirandanın baxışlarını ifadəli göstərmək üçün istifadə etdiyi çəhrayı və parlaq göz kölgəsidir.

 

Narıncı tonları

Optimist Şeftali

Narıncı tonları yay mövsümündəki populyarlığını payızda da davam etdirir. Bu optimist rəngin mürəkkəb və enerjili effektini üzünüzdə əks etdirməyə çəkinməyin. Göz qapaqlarını bir rəngin müxtəlif çalarları ilə vurğulayıb makiyajı İrina Şeyk kimi soyuq tonlu pomada ilə tamamlayın.

 

Maksimum sadəlik

Taze ve Sade

Sadə və təbii makiyajları diqqətləri çəkən Bella Hadid yayda artan çillərinizi gizlətməməyi məsləhət görür. Məşhur modelin görünüşündəki çilləri süni çəkilsə belə bu makiyaja heyran qaldıq. Model yaşıl gözlərini qəhvəyi tonlarında göz kölgəsi ilə vurğulayıb. O, dodaqları üçün də qəhvəyi pomada seçib.

 

Zümrüd baxışlar

Mücevher Bakışlar

Zümrüd daşı kimi dərin və ifadəli baxışlara sahib olmaq üçün mütləq deyil ki, göz rənginiz yaşıl olsun. Bu effekti kosmetik vasitələrin köməyi ilə əldə etmək mümkündür. Dumanlı göz makiyajı üçün qara və qəhvəyi kölgələr deyil, yaşıl və onun çalarını seçin. Payız və qış aylarında yaşıl göz kölgələri aktual olacaq. Layler və qara qələm əvəzinə kirpiklərə yoğun tuş çəkə bilərsiniz. Baxışlarınızı vurğuladıqdan sonra makiyjı sarı tonlu aydınlatıcı və neytral pomada ilə tamamlayın.

 

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir