DON

Payızın ən dəbli donları

Baxış sayı: 380

Mövsümlər bir-birini dəyişir, lakin libaslarda maksi uzunluq ən aktual trend olaraq qalır. Ətəklərdə və libaslarda mini və midi uzunluğu maksi uzunluq əvəz edəndə, biz təsəvvür edə bilməzdik ki, tendensiya bu qədər uzun müddət gündəmdə qalacaq. Bununla belə, tələbat göstərir ki, xanımlar bundan narazı deyil. Maksi libaslar hər hansı bir görünüşü daha zərif edir, həm də boyunuzu vizual olaraq uzadır və bədən quruluşundakı qüsurları örtür. Qarderobunuzda bir dənə də olsun maksi paltarınız yoxdursa, universal qara modellə başlamağı məsləhət görürük.

Qırmızı ilə narıncı payız trendlərində üstünlük təşkil etsə də, qara ölməz klassika olaraq qalır. Qara geyimlərdən ibarət dəstləri biz payız-qış şoularının podiumlarında müxtəlif versiyalarda görmüşdük, indi isə məşhur ulduz və influenserlərin əyinlərində görməyə davam edirik.

“Uzun qara libaslar” payızın ən dəbli obrazını təsvir edən mükəmməl düsturdur. Ümumiyyətlə, başqa şərtlər yoxdur. Paltar ipək, trikotaj və ya dəri, həmçinin uzun qollu, qayışlı və ya korsetlə ola bilər. Qabarıq və ya dar yubka ilə də. Yarıqlarda da konkret bir qayda nəzərə çarpmır, yanlarda və ya arxada olmasının fərqi yoxdur. Bir sözlə, seçimlər çoxdur.

Biz sizə təkcə trendlərə və sevimli ulduzlarınızın fotolarına deyil, həm də paltarı hara geyinəcəyinizə diqqət yetirməyi məsləhət görürük. Trikotaj model gündəlik üçün ideal seçim olacaq. Bu paltar stilettodaban ayaqqabı və ya idman ayaqqabısı, dəri gödəkçə və ya yun palto ilə birləşdirilə bilər. Onu həm ofisə, həm gəzintiyə, həm də restorana geymək olar. Daha zərif görünüş yaratmaq üçün qalın, formasını saxlayan parçadan hazırlanmış variantları seçin. Onlar bədəninizi gözəl vurğulayacaq və qüsurları ustalıqla gizlədəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir