Aygun Musayeva

PKOS və qızlarda həddindən artıq PKOS : Nələrə diqqət etməliyik?

Baxış sayı: 575

Qızlarda həddindən artıq tüklənmə Polikistik yumurtalıq sindromunun (PKOS) ilk əlaməti ola bilər.

Hər 200 yeniyetmədən birində PKOS müşahidə olunur. Ana və ya bacıda PKOS olduqda, digəryeniyetmədədəyərlə marisk artar.

Polikistik over sindromunun (PCOS) yaranma səbəbi tam aydın olmasa da, daha çox metabolik sindrom kimi xarakterizə edilir. Bu yeniyetmələrdə əksərən kişi hormonu — androgenlər artıq olur, insulin müqaviməti və piylənmə izlənilir. Androgen artıqlığı özünü hirsutizm (həddindən artıq tüklənmə) şəklində büruzə verir. Estrogenin səviyyəsi isə aşağı düşür. Yaranan bu pozulmalar özünü aybaşı pozulmaları — amenoreya, oliqoamenoreyalarla (ilk aybaşıdan 2-3 il sonra skillerin 35 gündən uzun çəkilməsi) göstərir.

 

Bəs necə diaqnoz qoyulur?

PKOS diaqnozu Rotterdam 2023 kriteriyalarına əsasən qoyulur:

Hiperandrogenemiya

Oliqo-/amenoreya

Polikistik yumurtalıq

 

Diaqnozun qoyulması üçün bu 3 şərtdən 2-si olmalıdır. Yeniyetmələrdə yaşla əlaqədar fizioloji olaraq yumurtalıqlarda follikul sayı çox olduğu və yumurtalıq həcmi böyük olduğu üçün 3-cü kriteriyanın diaqnostik əhəmiyyəti 18-20 yaşdan kiçik olur. Təkcə oliqoamenoreya şikayəti olan, yanaşı testosteron artıqlığı aşkarlanmayan qızlarda diaqnozun tam təsdiqi 20 yaşdan sonra uzanabilir.

 

Bəs necə önləmək və müalicə etmək olar?

Qoltuqaltı və qasıq tüklənməsi erkən başlayan (8 yaşdan əvvəl) qızlar gələcək PKOS şübhəsi daşıyırlar. Həddindən artıq tüklənmə olan qızlar hirsutizm və androgen artıqlığı baxımından uşaq endokrinoloqu tərəfindən yoxlanılmalıdır.

Tüklənmə Ferriman Gallwey skorlama üzrə qiymətləndirilməlidir:

8 bal üzərində riskorlama olduqda hirsutizm diaqnozu qoyulur.

PKOS uşaq endokrinoloqu (18 yaşa qədər) və daha sonra böyük endokrinoloqlar tərəfindən kontrol altında saxlanılmalıdır. Dieta və idman PKOS-la mübarizənin əsas prinsipidir. Yeniyetmələrin hər gün minimum 60 dəqiqə orta və yüksək-intensivlikli idman növü ilə, əzələ gücləndirici məşqlərlə məşğul olmaları tövsiyə olunur.

Tüklənmə üçün dərəcəsindən asılı olaraq lazer və medikamentoz müalicələr təyin olunur (ev üsulu IPL effektiv görünmür).

Aybaşı düzənsizliyi üçün dieta və idman effekt vermədiyi halda, həkim tərəfindən müvafiq dərman vasitələri təyin olunur. Əgər nəsildə və ya yeniyetmədə trombo tarixçəsi və meyillik varsa, bu mütləq bildirilməlidir, dərman seçimi üçün önəmlidir.

 

Dr. Aygün Musayeva

ATU doktorant, II uşaq xəstəlikləri kafedrasının əməkdaşı




7 şərh “PKOS və qızlarda həddindən artıq tüklənmə: Nələrə diqqət etməliyik?

  1. Samirə Ağayeva

    Mənim bacımda da PKOS vardı, bir az tüklənmə var idi amma sonra çoxaldı, hirsutizm oldu. Həkim dedi ki, buna görə hormonlar artıb, insulin müqaviməti yaranıb. Yəni, bu işləri gözardı etmək olmaz.

    Cavabla
  2. Afət Səfərova

    Aybaşı düzənliyi pozulmuşdu, amma təzə-təzə başladım idman etməyə, biraz da pəhriz saxlayıram. Görək nə olacaq, amma çox qəribə bir xəstəlikdi, bütün sistemin pozulmasına gətirib çıxarır.

    Cavabla
  3. Nuranə

    Mənim qızımda uşaqlıqda çox tüklənmə başladı, amma həkim deməmişdən əvvəl biz heç nə bilmirdik. Məncə, hər bir qız buna diqqət etməlidi, çünki bu o qədər də az rast gəlinən bir şey deyil. Hətta bəzən insulinin artığı da olurmuş, hər şeyin təsiri var.

    Cavabla
  4. Arifə İmranova

    Həqiqətən, bu PKOS-u əvvəldən bilmək yaxşı olardı. Bəzən tüklənmə çox baş verir, amma həkimə getməkdənsə, evdə gözləyirik ki, “biraz keçər”. Sonra çox keçmiş olurlar. Bunu zamanında aşkarlamaq daha yaxşıdır.

    Cavabla
  5. Aytac Məhərrəmova

    Hekim yazibsa, demeli ciddi problemdi. Duzdü, bele meslehetler komek edir insanlara. Her kese saglamliq!

    Cavabla
  6. Sevinc Isyaeva

    Menim usagimda da bele problem var idi, vaxtinda yoxladigimiz ucun xeyri oldu. Hamıya mektebden evvel checkup lazimdi, bu cox ciddi meseledi.

    Cavabla
  7. Ramilə Əliyeva

    Ailemizde bacilarimda var, ona gore diqqetliyik. Endokrinoloqa tez-tez gedirik. Bu yazi cox faydali oldu, sagolun paylasdigin ucun.

    Cavabla

Samirə Ağayeva üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir