aile

Qadının həyat yoldaşından gizlətdiyi 5 məqam – SORĞU

Baxış sayı: 1. 417

Evlilik həyatında qadın və kişinin bir-birinə demədiyi balaca sirrlərin olması normaldır.  Amma bəzi mövzular var ki, qadınlar bunu həyat yoldaşlarına söyləməkdən çəkinirlər.

ABŞ-da qadınlar arasında keçirilən sorğunun nəticələrinə görə, onlar həyat yoldaşlarına aşağıdakı 5 mövzu haqqında danışa bilmirlər.

Ciddi sağlamlıq problemləri– Qadınların qoruyucu xarakteri və ailəni narahat etməmək istəyi önəmli sağlamlıq problemlərini müəyyən mərhələyə gələnə qədər gizlətmələrinə səbəb olur.

Evliliyə aid şübhələr– Qadının hissləri  onun nəyisə tez-tez sorğulamasına və planlamasına səbəb olur. Qadın münasibətində problemlər görürsə, son həddə çatana qədər bunu həyat yoldaşına demir. Söyləsə belə, əsas səbəbi gizlədib məsələni üstü örtülü açıqlayır. Evliliyini qurtarmaq üçün psixoloq yanına gedən qadınlar həyat yoldaşının  xəbərinin olmamasını istəyirlər.

İntim münasibətdən gözləntiləri– Qadınlar həyat yoldaşlarının qürurunu incitməmək, yanlış anlaşılmamaq üçün intim münasibətdən gözlətilərini paylaşmırlar. Bu cür istəklərin qadın üçün utanc verici olması da gizləməsinin digər səbəbidir.

Şəxsi uğurları– Bu, daha çox işləyən qadınlara aiddir. Belə qadınların əksəriyyəti həyat yoldaşlarının alçalmaması və qısqanclıq olmaması üçün iş həyatlarındakı uğurları gizlədirlər. Maaş artımı, mükafatlar və.s kimi müvəffəqiyyət göstəricilərini həyat yoldaşına adi bir şey kimi açıqlayan qadın, əslində, qarşı tərəfdən eşidə biləcəyi ironiyalı sualların da qarşısını almış olur.

Pul və bank hesabları– Çox qadın gəlirinin müəyyən miqdarını həyat yoldaşından gizlədir. Qadında güvən azaldıqca, gizlədilən pul, qızıl və.s kimi dəyərli şeylərin sayı da artır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir