maska

Qadınlar üçün 5 ağardıcı maska

Baxış sayı: 2. 327

Maska 1
Hazırlanması və tətbiqi:
1 çay qaşığı sarıkök 1 çay qaşığı yağlı süd (qaymaq da olar) və 1 çay qaşığı balı qarışdırıb üzünüzə çəkirsiz, 20-30 dəqiqədən sonra ilıq su ilə yuyursuz.
Bu maskanı bir gündən bir etməyiniz məsləhətdir..

Qeyd: Maskanı üzünüzə çəkərkən əlcək geyinməyi unutmayın, əks təqdirdə dırnaqlarınızda sarıkökün ləkəsi qala bilər.

Maska 2
Hazırlanması və tətbiqi:
1 xörək qaşığı limon suyu, 10 damcı 5%-li perekis məhlulu, 1 çay qaşığı süd və az miqdarda şampun əlavə edib qarışdıraraq üzə çəkilir, 10 dəqiqədən sonra üzdən təmizlənir.

Qeyd: Maska son dərəcə effektli olmasına baxmayaraq, həssas dərili xanımlara tövsiyə olunmur. Bu maska salon prosedurlarına aiddir.

Maska 3
Hazırlanması və tətbiqi:
1 çay qaşığı cəfərinin suyuna bir qədər xama və 1-2 damcı limon suyu əlavə edirsiz, qarışdırıb üzünüzə çəkirsiz, 20 dəqiqədən sonra təmizləyirsiniz.

Maska 4
Hazırlanması və tətbiqi:
1 yumurta sarısına bir neçə damcı limon suyu əlavə edib üzünüzə çəkirsiniz, yumurta qurumağa başlayanda üzünüzü yuyun.

Maska 5:
Hazırlanması və tətbiqi:Xiyarın suyu əla ağardıcı vasitədir, üzünüzü silə bilərsiniz və yaxud da xiyarın suyundan buz kubikləri duzəldib üzünüzü bu cür təmizləyə bilərsiniz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir