SEVGI

Qadınların incəliyini və təbiətini məhv edən amillər

Baxış sayı: 817

1) Həddindən artıq sosial aktivlik. Əksər hallarda sosial aktivlik qadın üçün sevgi çatışmazlığını doldurmaq üçün bir vasitə kimi çıxış edir. Qadın üçün iş, ailə qayğılarından dincəlmək, pozitiv ünsiyyət dairəsi yaratmaq və ümumiyyətlə istirahət və zövq mənbəyi olmalıdır.

2) Təlaş. Tələsgənlik və məmnunluq bir-birinə zidd anlayışlardır. Təlaş həm fiziki, həm də mənəvi cəhətdən gərginlik yaradır. Bunun nəticəsi olaraq həm mərkəzi sinir sitemi, həm də hormonal fonda pozğunluq yaranır.

3) Ailədən kənar ünsiyyətin çoxluğu, aktivlik. Əgər kişilər özlərini sevgi və emosiya olmayan, rəqabət qabiliyyətli cəmiyyətdə təkmilləşdirib inkişaf etdirirsə, qadınlarda bu hal tam əksinədir. Sevgi, emosiya, qayğı olmayan yerdə qadının psixoloji enerjisi aşınır.

4) Bər-bəzək, aksesuarların olmaması və ya onlardan düzgün istifadə etməmə. Hər bir qadın bilir ki, düzgün seçilmiş aksesuarlar gün ərzində əhvalı yüksəldir, özünə əminlik hissini artırır.

5) Öz bədəninə lazımi diqqəti ayırmamaq. Əksər hallarda qadının keçirdiyi hisslər, yaşadığı hadisələr onun bədəninə, orqanizminə təsirsiz ötüşmür. Buna görə də özünə qulluq etmək qadının ən birinci qayğılarından biri olmalıdır.

6) Emosional məhduduiyyət. Qadının özü yaxud onun ətrafı ona hissləri vasitəsi ilə özünü təmsil etməyə imkan vermirsə, bu depressiyaya səbəb ola bilər. Hərdən qadınlar düşünürlər ki, onların yalnız xoş emosiyalara haqqı çatır, lakin bu belə deyil, axı siz robot deyilsiniz. Yaxşı olardı ki, qadının yanında ona əziz və doğma insan olsun hər zaman. Belə olan halda qadın rahatlıqla hisslərini biruzə verəcək.

7) Hobbi və ya sevimli məşğuliyyətin olmaması. Qadının özü üçün bir məşğuliyyətin olması çox vacibdir. Ola bilər ki, bu məşğuliyyət heç bir maddi mənfəət gətirmir, amma zövq mənbəyidir. Yaxşı olar ki, kişilər qadınlara belə məşğuliyyətlərə vaxt ayırmağa yardımçı olsunlar.

8) Yaradıcılığın olmaması. Ətrafı yaxşılaşdırmaq, rahatlandırmaq, isti ab-hava yaratmaq qadın təbiətinə uyğundur. Güllər, güldanlar, pərdələr, rəsmlər təkrarolunmaz interyer yaradır. Qadına şərait yaradılmalıdr ki, o, özünün yaradıcılığını tətbiq etsin.

sevgi

9) İdarəetmə təşəbbüsü. Qadınlar idareətmə sferasında olduqca uğurlu nəticələr əldə edə bilirlər, amma bu onların təbiətinə, zərifliyinə, incəliyinə xələl gətirir. Qadın ilham mənbəyi olmalıdır, kişi isə bütün xarici işləri idarə etməli və qərar qəbul etməlidir. Misal üçün, qadın kredit əldə edir sonra isə hətta onun ödənişi haqda fikirlər belə onu gərginləşdirir, əsəbləşdirir, “dəliləşdirir” :).

10) Ev və məişət qayğılarından imtina. Ev işləri, qayğıları qadında ətrafa olan diqqət və qayğıkeşliyini artırır. Düzdür, bəzən qadınların köməyə ehtiyacı yaranır, lakin bütün işləri köməkçiyə həvalə etmək də düzgün deyil. Misal üçün, qadın hazırladığı xörəklərə öz enerjisini, sevgisini, müsbət emosiyalarını ötürür. Hansı ki, bu elementlər ailə üzvlərinin həm fiziki, həm də mənəvi sağlamlığı üçün olduqca vacibdir.

11) Konfliktlər. Mübahisə, münaqişə zamanı qadının incə təbiəti kobudlaşır, aşınır. Xüsusilə də bu kişilərlə ünsiyyətdə yolverilməzdir. Müdrik qadınlar yaxşı bilir ki, sülh də və barışıq yolu ilə istənilən məqsəd və istəyə çatmaq mümükündür.

 12) Rəqabət. Rəqabət mühitində qadın təbiəti məhv olur. Mübarizə aparmaq, daima nəyisə sübut etmək kimi ağır fəaliyyət qadının enerjisini tükədir.

13) Həddindən artıq azadlıq. Güclü, heç kimdən asılı olmayan, inadkar qadın məqsədlərin çatacaq, amma qadın zərifliyini, incəliyini tədricən itirəcək. Özünü həddindən artıq azad hiss etmək tədricən heç kimə lazım olmayan bir insan kimi hiss etməyə gətirib çıxardacaq.

14) Qürur. “Mən hər şeyi özüm edə bilərəm. Kimdənsə kömək istəyərək heç kimin minnətin götürmək istəmirəm”, “Mən daha keyfiyyətli, sürətli edə bilərəm hər şeyi” kimi fikirlər qürur hissinin xoş olmayan tərəfləridir və qadının xanımlığını tükədir.

15) Nəticə və obyektlərə bağlılıq. Müdrik qadın hər zaman olanları ilə məmnun olur, halına şükür edir. Məmnunluq və şükür etmək isə qadının həyatını çiçəkləndirir. Qadın xoşbəxtliyi və məmnunluq halını hansısa obyektlərə bağlayanda, sonra həmin obyektlərin olmaması nəticəsində özünü bədbəxt hiss edir. Halbuki, bədbəxtçilik üçün heç bir əsaslı səbəb yoxdur. Bundan əlavə, qadında paxıllıq, qəzəb, kin kimi insanın daxili aləmini məhv edən hisslər yaranır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir