kofe

Qəhvə hamilə qadınlara ziyandır

Baxış sayı: 5. 753

Danimarkalı alimlər hamilə qadınların gündə 3 fincandan artıq qəhvə içməsinin təhlükəli olduğunu bəyan ediblər.

Danimarkada 88 min 500 qadın üzərində 6 il müddətində aparılan araşdırma zamanı alimlər bu qənaətə gəliblər ki, gün ərzində 3 fincandan artıq qəhvə içmək hamilə qadınların bətnindəki körpəsini itirməsinə səbəb ola bilər.

Səkkiz fincan qəhvə içmək isə bu riski daha da artırır. www.infox.ru saytı yazır ki, hamiləlik zamanı qəhvənin tərkibindəki kofein bədəndən çətin xaric olunur. Ancaq çayın orqanizmə belə mənfi təsir göstərmədiyi aşkarlanıb. Lakin çay sevməyənlərə kofeinsiz kofe içmək tövsiyə edilmir. Belə ki, kofeinsiz qəhvə ürək xəstəliklərinə yol açır.

Bu mülahizə üç ay müddətində aparılan tədqiqatlar nəticəsində təsdiqini tapıb. Alimlər söyləyirlər ki, kofeinsiz qəhvə içən şəxslərin qanında yağların və xolesterinin miqdarı artır ki, bu da ürək xəstəliklərinin yaranma ehtimalını yüksəldir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir