masin 3

Qeyri-adi avtomobillər – FOTOLAR

Baxış sayı: 650

Dünyana bir çox qeyri-adi avtomobillər mövcuddur.  Onların bəziləri sifariş ilə, bəziləri isə nəhəng şirkətlər tərəfindən istehsal olunublar. Bu avtomobillərin bəziləri haqqında maraqlı məlumatları  təqdim edirik.

 

“Flatmobile”

Dünyanın ən alçaq avtomobilini ingilis Perri Uotkins tərəfindən  yaradılıb.  Bu avtomobilin hündürlüyü cəmi 48 sm-dir. Qeyri-adi nəqliyyat vasitəsi “Flatmobile” adlanır. “ Qeyd edək ki,” Flatmobile”  dünyanın ən alçaq avtomobili kimi “ Ginnesin Rekordlar Kitabı”na da daxil olmuşdu.  Maşını 2006-cı ildə yığmağa başladılar, 2008-ci ildə isə o artıq hazır idi. 875 kublu mühərriki və qaz turbini olan avtomobil saatda maksimum 160 km sürətlə hərəkət edə bilər.  “ Flatmobile” Britaniyada 3 dekabr 2012-ci ildə keçirilən hərracda 16 min dollara satılıb. Çox maraqlıdır ki, avtomobilin  faralarının çox aşağı səviyyədə yerləşdiyindən gecə vaxtı istifadəsi qadağan edilib.

 

“PeeI P50”

“Peel P50” dünyanın  ən kiçik avtomobili kimi tanınmaqdadır. 1962 -ci ildə istehsal olunan bu  avtomobil  dar  küçələrdə gəzmək üçün ideal vasitə kimi insanlara  təqdim edildi. Çox maraqlıdır ki, “Pell P50″nin  ölçüləri  137 santimetr, eni 99 santimetr və çəkisi isə cəmi 58 kiloqramdır. Mühərriki 49 kub olan maşın saatda 64 km sürətlə hərəkət edə bilir. Maşın arxaya hərəkət edə bilmir.   Bu kiçik avtomobili istehsal edən “Peel” mühəndislik şirkəti qeyd edib ki, bu avtomobilə  bir  sərnişin və onun  alış -veriş çantasını yerləşdirmək olar. “Peel P50”-nin üç təkəri, bir qapısı (sol tərəfdən), bir şüşəsiləni və bir qabaq farası var. 1963-1964-cü illərdə 50 belə mikromobil istehsal edilib satılmışdır. İndiyə onlardan yalnız 20-si qalıb. Maraqlıdır ki, ilkin qiyməti 325 dollara olan bu maşın tam velosiped qiymətinə satılırdı. İndi isə onu raritet kimi 60-80 min dollardan ucuz almaq mümkün deyil. Maşında hərəkət etmək artıq mümkün olmasa da, Londonun “Ripli” muzeyində onu seyr etmək olar.

Deyilənlərə görə, kiçik avtomobillərə üstünlük verən insanlar üçün  “Peel Engineering”şirkəti 2010 -cu ildən bəri  sifarişlə “ Peel P50”-ni istehsal etməyə başlayıb.

 

Ən hündür avtomobil

Bu avtomobil əfsanəvi “Jeep Willys WW2” markalı Amerika avtomobilinin surətidir. Hündürlüyü 6 metr olan bu maşın çoxdandır ki “qiqantomaniya” xəstəsi olan ərəb şeyxi Həməd bin Həmdən Əl-Nəhyanın sifarişi ilə düzəldilib. Bu maşın yeganə və dünyada mövcud olan “Jeep”in  ən hündürüdür.

 

Ən uzun “limuzin”

36 sərnişin tutumlu “limuzin” Kaliforniyada ərəb şeyxinin sifarişi ilə düzəldilib. İlkin olaraq onun uzunluğu 20,27 metr olub, ancaq Kaliforniyanın yol polisi uzunluğu qanunun icazə verdiyi normadan cəmi 46 sm uzun olduğundan maşının yollarda hərəkət etməsini qadağan edib. Qanunun tələblərinə uyğun olaraq avtomobilin qabaq, arxa bamperləri və kuzov kiçildildi. Qiyməti 1,8 mln dollara olan bu “limuzini” həftəsinə cəmi 10 min dollar verməklə icarəyə də götürmək mümkündür.

 

Gələcəyin avtomobili

“General Motors” üçün konseptual avtomobillər, eləcə də müxtəlif fantastik filmlərin çəkilişi üçün futuristik nəqliyyat vasitələri işləyib hazırlayan “TransFX” şirkəti “Universal Studio” üçün “Fastlane” adlanan cəmi 4 belə avtomobil istehsal edib. Korpusun əsası kimi “Pontiac GM Fiero” markalı avtomobil götürülüb. Bir neçə avtomobilin birləşməsi olan bu texnika möcüzəsinin yollarda rahat  hərəkət etməsinə  də icazə verilib. Gələcəyin avtomobili “eBay” vasitəsilə 65 min dollara satılıb. Deyilənlərə görə, o  Kaliforniya parkinqlərindən birində artıq  görüntülənib.

 

Ayyaqabı formasında olan avtomobil

Ayaqqabı formasında olan Elektromobil  “Kang Shoe” Çin ayaqqabı fabrikinin istehsalıdır. Ayaqqabı texnologiyaları ilə adi dəridən hazırlanmış bu maşın fabrika mallarının reklam edilməsi məqsədi daşıyır. Qabarit və faraların olmadığından yollarla hərəkət etməyi yasaqlanıb. Uzunluğu 3, eni isə 1 metrdir. Bir şarjda avtomobil 35km/saat sürəti ilə 400 km hərəkət edir. Maşın yarım ilə düzəlib, hazırlanmasına 6 451 dollar xərclənib. Ayaqqabı şirkəti bundan sonra 40 belə avtomobil düzəltmək və Çində özünün bütün mağazalarını bu nəqliyyat vasitəsi ilə təmin etmək niyyətindədir. Qeyd edək ki, Çində  ayaqqabı formasında elə avtomobillər var ki, onların yolla tam qanunauyğun şəkildə hərəkətinə icazə verilib.

 

Hot-doqa bənzəyən avtomobil

“Wienermobile” – kiçik seriyalarla buraxılan və bulka üstündə hot-doq formasında olan avtomobillər məhz belə adlanır. ABŞ-da ət və dondurulmuş ərzaq mallarının ən iri istehsalçısı olan “’Oscar Mayer’” şirkətinin reklam edilməsi məqsədi ilə bu “hot-doqlar” istifadə olunur. Avtomobilin ilk versiyası Oskar Mayerin qardaşı oğlu Karl Mayer tərəfindən 1936-cı ildə yaradılıb və maşının müxtəlif variantları indiyə kimi adıçəkilən şirkətin istifadəsindədir. 77 il ərzində  avtomobil orijinal maşından adi nəqliyyat vasitəsinə çevrilib. Avtomobilin yaradılması üçün “Dodge”, “Jeep Willys”, “Chevrolet Motor” və “Ford Thunderbird” markalı maşınların hissələrində istifadə olunub. 1995-ci ildə modellərdən birinin uzunluğu 3,35 m, hündürlüyü isə 8,23 metrə çatıb.

 

Pivə bankasını xatırladan avtomobil

Pivə bankasını xatırladan bu avtomobil “The Pop Top Can Car” adlanır.  Belə avtomobillərdən 1000-i satışa buraxılıb. Maşının qabaq hissəsində yerləşən və həqiqətən də yalnız pivə üçün nəzərdə tutulan kanistrin həcmi 55 litrdir. Pivəni süzmək üçün kapotunda balaca kranı da var. Bu avtomobillər 1980-cı illərdə Floridada “Folksvaqen” mexanikası əsasında pivə istehsalçısı olan şirkətlərin reklamı üçün buraxılmağa başlasada, 1984-cü ildə bu iş başa çatıb. İçkili vəziyyətdə maşının idarə edilməsinə qarşı başlayan genişmiqyaslı kampaniya çərçivəsində mühərrikli “pivə bankalarının” istehsalı qadağan edilib. Hal-hazırda belə avtomobili 7500 dollara almaq mümkündür. Sən demə, bu tipli maşınlar hələ ötən əsrin 20-ci illərində hazırlanırmış və çəkisi 2,3 ton imiş.

 

“Qızıl balıq” avtomobili

Hündürlüyü 4 m, uzunluğu 7 m,  2,5 metrlik eynəkləri olan “Qızıl Balıq” yük maşını ABŞ-ın Konnektikut ştatında yerləşən “Pepperidge Farm, Inc” şirkətinin sifarişi ilə düzəldilib. Şirkətin dəniz məhsulları ilə  heç bir aidiyyatı yoxdur, o sadəcə uşaqlar üçün balıq və digər formalarda “Goldfish” markalı krekerlər (peçenye) istehsal edir. 2002-ci ildə reklam xarakterli “Təbəssüm Turu” çərçivəsində avtomobil 10 min km hərəkət edərək ABŞ-ın ayrı-ayrı şəhərlərində şirkətin keçirdiyi festival, yarmarka, oyunlar və digər reklam aksiyalarında iştirak edib.

 

Portağala bənzər avtomobil

Bu kifayət qədər maraqlı avtomobil 1972-ci ildə Brayan Veyt tərəfindən işlənib hazırlanıb. “Outspan Orange” adlı bu avtomobil İngiltərə və digər Avropa ölkələrini gəzib dolanaraq portağal şirəsini reklam edib. Bu mini-avtomobilin sürəti saatda 48 kilometrə çatır. Çünki daha böyük sürətdə maşın aşa bilər. Hal-hazırda bu maşınlar brend-mobillər sırasında klassika sayılır və bir neçə ölkələrin avtomuzeylərində sərgilənir. 1972-1974-cü illərdə cəmi 6 belə avtomobil istehsal olunub. Onlardan biri hal-hazıda Cənubi Afrika Respublikasındadır.

 

Samirə Tağıyeva

Masin 1

masin 2

masin 3

masin 4




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir