geyim

Qış mövsümündə paltarları necə uyğunlaşdıraq? – FOTOLAR

Baxış sayı: 1. 300

Demək olar ki, bütün mövsümlərin əvəzolunmazı sayılan bəzi geyimləri qışda uyğunlaşdırmaq çətinləşir.

Əlbəttə ki, bunun səbəblərindən biri soyuq havalardır. Lakin soyuq aylarda da özünüzü soyuqdan qoruya və eyni zamanda dəbli görünə bilərsiniz.

“Gencaile.az” saytı  Türkiyə mətbuatına istinadən qış ayında geyim seçərkən bunları diqqətdə saxlamağı məsləhət görür:

Bunun üçün geyiminizə uyğun olan yun paltolar seçin. Qara paltara uyğun olan maksimum uzunluqlu, qara palto ilə olduqca şık görünəcəksiniz. Çərçivəsi böyük olan qara eynəklə geyiminizi tamamlaya bilərsiniz. Ayaqqabı seçiminə gəlincə, dizdən yuxarı çəkmələrdən istifadə edə bilərsiniz.

Boğazlı paltarlar qış sezonunun ideal geyim seçimi arasındadır. Bu cür geyimləri üst geyiminizin rənginə yaxın aksesuarlarla uyğunlaşdıra bilərsiz.

Qış mövsümündə qısa geyimlərlə ən yaxşı seçim uzun çəkmələrdir. Bu mövsümdə mini geyimlərinizi uzun çəkmələrlə kombinə edərək həm daha qəşəng görünməyə nail olacaqsınız, həm də bu cür çəkmələr sizi soyuqdan qoruyacaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir