geyim

Qısa, qara don qadın qarderobunun əsas geyiminə necə çevrildi?

Baxış sayı: 2. 197

Qara rəng hər nə qədər matəm, yas əlaməti hesab olunsa da, qadın qarderobunun şah rəngidir. Məhz bu rəngdə biçilmiş qara donda xanımlar daha cazibədar, zərif və incə görünür. Qara rəngə təkcə kök xanımlar arıq görünmək üçün müraciət etmir. Nərmə-nazik xanımlar da sevə-sevə qara rəngi seçirlər. Kişilər isə nahaq yerə, qara don geyinən qadınların daha seksual göründüyünü iddia etmir. Çünki qara ehtirası və şəhvəti ifadə edir.

Onsuz heç yerə getmirik: Qısa, qara don qadın qarderobunun əsas geyiminə necə çevrilir?

Qısa, qara don moda tarixinin ən məşhur və vacib geyim əşyasıdır. Qara paltarların doğulmasının rəsmi günü 1926-ci il oktyabrın 1-dən hesablanır. Məhz həmin tarixdə “Vogue” jurnalında qara ipəkdən hazırlanmış qara don modeli peyda olur. Paltarın müəllifi əfsanəvi qadın, dahi modelyer Koko Şaneldən başqa kimə aid ola bilərdi ki? 1926-cı ilə qədər qara, qısa don kifayət qədər maraqlı və uzun tarixi inkişaf yolu keçib. Bir neçə kosmetikanın tarixi haqqında bəhs etmişdim. Bu gün isə xanımları çox cazibədar və seksual göstərən qara, qısa donun tarixindən daşıcağam.Təkcə qara donun tarixini deyil, qara rəngin də insan psixologiyasında rolundan danışacağam.

Коко Шанель и ее маленькое черное платье, 1926Коко Şanel 1926-cı il

3050-3000 il əvvəl

Qara rəng Qədim Misirdə ölüm və axirət Allahı Anubisin rəngi hesab olunurdu. Hansı ki, bunu misirlilər başı qara canavar olan adam kimi təsvir edirdilər. Dəfn mərasimlərinə qara paltar geyinmək ənənəsi də məhz axirət Allahı Anubisin adı ilə bağlıdır. Anubisin şərəfinə qara libas geyinməklə ölən kəsin axirət dünyasında rahatlıq tapacağına inanırdılar. Bu ənənə qədim yunanlarda və romalılarda da mövcud olub. İnsanların qara ehramlarda dəfn edilməsi mərasimi, “hora nigra” (qara saat) adlandırılırdı.

Misir ölüm Allahı – Anubis

Египетский бог смерти Анубис

B.e-nın 400-700-cü illəri

Orta əsrin əvvəllərində insanların çoxu QARA RƏNGDƏ geyinməyə cəsarət etmirdilər. Belə ki, qara rəngin cinlərə, iblislərə bir söz sözlə şər qüvvələrə itaət etdiyini düşünür, uğursuzluq və bədbəxtlik gətirdiyini zənn edirdilər. Sonralar qara geyimi adətən cəmiyyətdən qovulmuş və cinayət işləmiş insanlar geyinərdi. Digərlərində isə bu rəng qorxu, xof yaradırdı. Qara pişiyin və qara qarğanın bədlik əlaməti hesab olunması da həmin dövrlərə təsadüf edir.

XI-XVI əsrlər

Birinci minilliyin əvvəlləri Romada qara paltarların “reabilitasiyası”, yəni “bərpası” başlayır. İnsanlar daha qara rəngin uğursuzluq gətirdiyinə inanmırdı və getdikcə bu cür xurafatlar aradan qalxırdı. Bundan sonra monarxlar, rahiblər, din xadimləri, hətta adlı-sanlı cəngavərlər özlərinə qara rəngli paltarlar tikdirməyə başlayır. Artıq XIV əsrdə qara geyimlər varlı adamların və yüksək təbəqə nümayəndələrinin qarderobuna daxil olur. Qara libasları siyasətçilər, varlı tacirlər və bankirlər də geyinirdi. Bu rəng eyni zamanda tarixi faciə və dram əsərlərinin əsas mahiyyətini ifadə edirdi. Elə həmin dövrlərdə qara geyimləri ancaq zadəganların və əyanların geyinməsinə icazə vardı. Bu libaslar həmin insanın əsilzadə olduğunu bildirirdi.

XVII-XVIII əsrlər

17-ci əsrin sonlarında qara rəng magiya assossasiyası yaratdığı üçün özünü hörmətdən salır. Hətta qara rəngli heyvanların belə pis ruhlara itaət etdiyinə, cadugərlərin də pis əməllərini qara paltarda həyata keçirdiklərinə inanılırdı. Beləcə qara libaslar yenidən matəm paltarına çevrilir. Əri ölmüş dul qadın hörmət əlaməti olaraq bir il ərzində heç bir bəzək əşyası olmadan qara libas geyinmək məcburiyyətində idi. 1 ildən sonra ona krujevalı olan qara libaslar geyinməyə icazə verilirdi. Buna əməl etməyən qadınlara isə münasibət birmənalı deyildi. Onlar əxlaqsız hesab olunurdular. Katolik kilsələrində də qara rəngin əhəmiyyəti böyük idi. Lakin kilsədə qara rəngli paltar ağ kantlarla tamamlanırdı.

XVIII-XIX əsrlər

XVIII əsrlərdə romantiklərin poeziyası hesabına qara rəng sirli hesab olunur. Belə ki, Bayron, Persi Bişi Şilli kimi şairlər qara libaslarda gəzərdilər. Texnologiyanın inkişafı və başqa çalarların əlavə olunması ilə qara libaslar istisnasız olaraq bütün zümrələrə aid olur və hər kəsin geyə biləcəyi geyimlərə çevrilir.

XX əsr

Qara, qısa donların dəb tarixinə təntənəli gəlişi XX əsrə aiddir. Koko Şanelin inqilabi əsəri 1926-cı ildə “Vogue” jurnalında təqdim olunur. Poul Poire (Fransanın yüksək səviyyəli moda qurucusu) Şanelin geyimini matəm geyimi adlandırır. Kokonun geyimini matəm geyimi adlandırır. “Vogue” jurnalının uzaqgörən jurnalistləri isə geyimi, avtomobil sənayesindəki “Ford” markalı maşınla müqayisə edirlər. Artıq 30-cu illərdə kiçik qara paltar Elsa Schiaparellinin simasında moda dünyasında öz sözünü deyir. 40-50-ci illərdə bütün qadın jurnalları xorla qara, qısa donun rahatlığı haqqında danışırdı, xanımlar isə böyük həvəslə qara libaslar geyinməyə başlayırlar. Neytral tonların hesabına o, ən müxtəlif obrazlar üçün baza olur. Tamamilə müxtəlif dövrlərin DƏB İLAHƏLƏRİ: Merlin Monro, Odri Hepberin, Tviqqi, Cin Şriptoun, Ceyn Birkin və Madonna kimi ulduzlar kiçik qara donu daha da məşhurlaşdırır.

Odri Hepberin

Одри ХепбернВинтажное черное кружевное платье, 1910-е годы

Клара Боу, 1927

Klara Bou 1927-cı il

XXI əsr – bizim era

Rəng çalarları dəbdə düz ildə iki dəfə dəyişir: gah solğun, gah daş-qaşla zəngin olan al-əlvan, gah da əlvan və parlaq rənglərlə əvəz olunur. Ancaq qara rəng öz yerini heç kimə vermir. Dizaynerlər üçün qara rəng heykəltəraşın xam məhsulu – gil kimidir. Hansı ki, ondan həm klassik, həm avanqard, idman və ziyafət, rok və romantik kimi üslublarda modellər hazırlaya bilərlər. İndi bütün moda ustaları öz kolleksiyalarında qısa, qara donlardan istifadə edirlər və bu onların ilham mənbəyidir. Bəs sizin qarderobunuzun şah əsəri hansı geyimdir? Hansı biçimdə tikilmiş qara donlara üstünlük verirsiniz.

Ralph Lauren, весна-лето 2013Prada, весна-лето 2013

Alexander Wang, весна-лето 2013Valentino, весна-лето 2013

Qara rəngin həyatımızdakı rolu

Əslində təbiətdə qara rəng yoxdur lakin ışığı əmən və yox edən yerlər qara rəng kimi qəbul edilir. Qaranın hüznü, yalnızlığı, çətinlikləri xatırladaraq insana pis təsir göstərdiyi iddia edilir. Qara rəng eyni zamanda, gücü, soyu, ağırlığı, ehtirası və şəhvəti ifadə edir. Qara rəng, hakim olduğu məkanlara sirr qatır. Qara rəngin yasla, matəmlə bağlılığı isə danılmazdır. Yas mərasimlərində dünyasını dəyişənlərin qara paltar geyməsi, qadınların başlarına qara şal örtmələri də buna sübutdur. Hətta evlənməmiş, cavan ölənin yas mərasimini də “qara toy” adlandırırlar.

Bəzi yerlərdə matəm rəngi, şər qüvvələrin simvolu olsa da, şərqdə xeyirxahlıq rəmzi, təmizlik və təmkinlik simvoludur. Bəzi inanclara görə, qara xoruz öz sahibinə ruzi-bərəkət və xoşbəxtlik gətirir.

İnsanın müxtəlif bədən üzvləri, bürcü, doğulduğu il onun xasiyyəti haqqında məlumat verdiyi kimi onun sevdiyi rəng də insan haqqında ətraflı məlumat almağa imkan yarada bilər. Qara rəngi seçən insanlar həmişə mübarizəyə hazır, alovlu, ehtiraslı olurlar. Bu, qiyam, üsyan rəngidir. Ancaq bu hissləri onları əhatə edən mühit və insanlar yaradırlar. Təəssüf ki, qara rəngi sevənlər çox vaxt situasiyanı düzgün qiymətləndirə bilmədiklərindən uduzur və çox əzab çəkirlər. Onların həyatında intim münasibətlər aparıcı rol oynayır, ehtirasla sevir, sevilməyi də çox xoşlayırlar. Məqsədlərindən asılı olmayaraq, həmişə dayanmadan irəliyə doğru gedirlər. Onlarla münasibətdə mütləq idarə olunmaz emosiyalarla rastlaşacaqsınız, hətta vaxtaşırı mübahisələrə də cəlb oluna bilərsiniz.

Psixoloq Vəfa Əkbər qara rəngi sevən insanlar haqqında maraqlı məlumatları bizimlə bölüşdü. O qara rəngi sevən insanların həm müsbət, həm də mənfi tərəflərini izah elədi.

“Qara rəngi zərif, gözəl görünməyə üstünlük verən, qayda-qanunlara riayət edən insanlar seçir. Mənfi tərəfləri müsbətdən daha çoxdur. Mənfi tərəfləri ondan ibarətdir ki, bu rəngə üstünlük verən insanlar diqqət cəlb etmək istəmirlər. Həyatın daima mənfi sürprizlərini qabardır, sanki pusquda dayanırlar. Ən pisi də odur ki, depressiyaya meyllidirlər. Tez incimək, hər xırda şeyə görə küsmək, eyni zamanda kinli olmaq qara rəngi sevən insanlar üçün xarakterikdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir