ata ve qiz

Qızlar atalarının həyatını necə dəyişir?


Baxış sayı: 549

Valideyn olmaq sözlərlə ifadə edilməyəcək qədər möhtəşəm və möcüzəvi hissdir. Bu möcüzəvi hissin qız atası olmaq tərəfi isə bir ayrı gözəldir. Növbəti yazımızda oğlan anası olmaqdan da danışacağıq. Amma indi qız atası olanların və ya gələcək qız atalarının həyatında nələrin dəyişdiyinə baxaq.

Dünyaya baxış tərzin dəyişir…

Onu qucağına aldığın, işıldayan gözlərinə baxdığın ilk andaca hər şey dəyişməyə başlayır. Artıq ömür boyu xoşbəxt olması üçün var gücünlə çalışacağın, daim qoruyacağın və nə qədər böyüsə də, həmişə qucağındakı kimi bapbalaca qalacaq bir şahzadən var.

Vərdişlərin dəyişir…

Əvvəllər saçını belə daramağa ərinən sən indi qızının ipək saçlarını hörməkdən doymursan. Onunla oyun oynamaqdan, boynunda gəzdirməkdən, yelləncəkdə saatlarla yelləməkdən yorulmursan. Sən daha əvvəlki sən deyilsən.

Düşüncələrin dəyişir…

Londonda aparılan bir araşdırma göstərib ki, qız övladı böyüdən atalar gender mövzusundakı ənənəvi fikirlərdən daha uzaq olurlar. Hansı fikirlərdən uzaq olsan da, qarşılıqsız sevgiyə inamının gücləndiyi və qısqanclığının artdığı dəqiqdir.

Zövqlərin dəyişir…

Bu yaşa kimi ağ və qaradan başqa rəng tanımayan sən artıq çəhrayı rəngin, hətta çalarlarının belə olmasının fərqinə varırsan.

Öncəliklərin dəyişir…

Qız atası olmağın çətin tərəfləri də var. Artıq hər addımında ilk öncə onu düşünürsən, narahatlıqların çoxalır. Öz gözündən, sözündən də qoruduğun qızının zərər görməsi düşüncəsi belə səni narahat etməyə yetir. Çünki bilirsən ki, sən onun hər çətinlikdə arxalandığı superqəhrəmanısan.


Bəzən görünüşün dəyişir…

Nə qədər sərt xarakterli olsan da, balaca qızın üçün səndən ürəyiyumşağı yoxdur.

Bir sözlə, balaca şahzadələr səni büsbütün dəyişir…

Onların sayəsində həyatın yaxşılığa və xoşbəxtliyə doğru irəliləyir. Və əlbəttə ki, atalar da qızlarına hər şeyin ən yaxşısını bəxş etməyə səy göstərir. Qızlarının xoşbəxtliyi üçün çalışan həmin atalar,
Nə yaxşı ki, varsınız…
Nə yaxşı ki, vardınız…
Nə yaxşı ki, var olacaqsınız…

(“Nevarneyox.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir