QIDA

Qızmar yay menyusu: faydalı və zərərli qidalar hansılardır?

Baxış sayı: 431

Dietoloq-terapevt Anastasiya Timoşçenko yay üçün ən faydalı məhsulların adını açıqlayıb. Onun sözlərindən “İzvestiya” sitat gətirib.

Mütəxəssis vurğulayıb ki, kifayət qədər kalium qəbulu insan tərlədikdə həddindən artıq maye itkisi fonunda su-elektrolit balansını bərpa etməyə kömək edir. O, qoz-fındıq, pomidor, yarpaqlı göyərti, kələm, həmçinin giləmeyvə və quru meyvələr yeməyi tövsiyə edib.

Timoşşenko onu da qeyd edib ki, su istiyə dözməyə və orqanizmdə maye çatışmazlığını doldurmağa kömək edir. O əlavə edib ki, şəkərsiz, alkoqolsuz qazsız içkilər də istehlak edilə bilər.

Eyni zamanda həkim qəhvə istehlakını məhdudlaşdırmağı məsləhət görüb.

Diyetoloq yüksək kalorili qidaları daha az yeməyə çağırıb. O, həmçinin qeyd edib ki, yayda spirtli içkilərdən çəkinmək lazımdır.

 

Hüseyn İbadlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir