QADIN-KISI

“Qorxduğum şey başıma gəldi” sindromu necə işləyir?

Baxış sayı: 423

“Qorxduğum şey mənim başıma gəldi”.. Yəqin ki, bu ifadəni tez-tez işlədirsiniz. Tutaq ki, tez yatmağı planlaşdırmısınız, sabaha vacib işlriniz var. Amma nə qədər cəhd etsəniz də yuxuya gedə bilmirsiniz. Bu, əks səy qaydasıdır. Əks səy qaydasını ilk dəfə ingilis filosofu Aldous Huksley aşkarlayıb. Filosofa görə, qısa müddət ərzində uğur əldə etmək üçün nə qədər cəhd etsək də, bir o qədər az uğur qazanırıq. Çünki sırf səy göstərdiyimiz üçün bir şeydə dərhal uğur qazanmaq mümkün deyil. Həyatda bir reallıq var ki, insanlar başlarına gəlməsindən qorxduqları şeyləri həyatlarına çəkirlər. Yəni bir şey sizin üçün vacibdirsə, başa düşməlisiniz ki, o, çox gec baş verəcək. Hətta olmaya da bilər.

  • Huksleyə görə, müvəffəqiyyətin açarı istirahətdir. Bəs rahat bir psixologiya içində olmaqla stresə düşmədən bir mövzuda necə uğur qazana bilərik?

İstirahət etmək, işə həddən artıq ciddi yanaşmaq və sərhədləri aşmamaq deməkdir. Məsələn ilk dəfə velosiped sürməyi öyrənirsiniz, cəhd edirsiniz. Velosipeddə tarazlığı saxlaya bilmirsiniz. Bunu normal qəbul etmək əvəzinə “heç vaxt velosiped sürə bilməyəcəm” deyə narahat olsanız, heç vaxt sürə bilməyəcəksiniz. Əks səy qanununa görə, bu düşüncələr vaxt itkisidir. Çünki bu fəlssəfəyə görə, bir şey olacaqsa, zamanı gələndə olacaq.

Əslində bu fəlsəfi anlayış Çində meydana gələn Taoizmə əsaslanır. Taoizm anlayışına görə, görülən səyin gözləniləndən əks nəticə verməsi faktını aradan qaldırmaq üçün Vu Vey anlayışını qəbul etmək lazımdır. “Wu Wei”- təslim olmaq deməkdir. Bu düşüncə tərzi, buraxmağı müdriklik kimi qəbul etməyimizi bildirir. Başqa sözlə desək, bəzən möhkəm tutduğumuz şeyləri buraxmaqdan qorxmamalıyıq.

Əslində bu fəlsəfəni fatalist baxış bucağı ilə eyniləşdirmək olmaz. Çünki bu düşüncə tərzi deyir ki, səy göstərdiyimiz şeylər bəzən imkanlarımızı aşdığı üçün uğursuz olur. Hər şeydə uğur qazanmayacağını qəbul etmək lazmdır. Bu anlayışa görə insan haqlı bildiyi yolda gedərkən rahat bir psixologiyada etməli olduqlarını etməli, lazımsız qorxuları bir kənara qoymalı və nəticənin necə olacağını düşünmədən axarına buraxmalıdır.

Əslində, tərs səy qaydası bizə bəzi şeylərin baş verməsi üçün vaxt və səbir tələb etdiyini söyləməyə çalışır. Bir sözlə, bir dəfə nəyisə sınasanız və “mən bundan qorxdum, artıq bacara bilməyəcəyimi bilirdim” kimi hiss etsəniz, əks səy qaydasının tələsinə düşərsiniz. Bir mövzu ilə məşğul olmaq narahatlıq və stress səviyyənizi daha da artırır. Bəzən yaxşı iş görmək üçün hər zaman diqqətini o işə yönəltmək əvəzinə bir müddət ara verib yenidən işə başlamaq daha faydalı ola bilər.

Psixoloq Elnarə İsazadə bildirir ki, insan beyni çox mürəkkəb bir quruluşa malikdir. Beynin ən təhlükəli anı “əks səy” qaydasına uyğun işlədiyi vaxtdır.

Psixoloq Elnarə İsazadə

“Əks səy qaydası deyir ki, bir şeyə nə qədər çox səy göstərsək, ona nail olmaqda bir o qədər az təsirli oluruq. Başınıza gəlməsindən ən çox qorxduğunuz şeyə nə qədər diqqət yetirsəniz, beyin onu sizə çəkəcək və sizə çatdıracaq! Bataqlıqdan çıxmağa çalışmaq dibə batmağa bənzəyir” – deyə Elnarə İsazadə qeyd edib.

Psixoloqun sözlərinə görə, bu qayda beyin ən təhlükəli vəziyyətdə işləyərkən baş verir və başınıza gəlməsindən qorxduğunuz bir hadisə beyin tərəfindən sizə çəkilir. Beyin, hədəf mənfi olsa belə, hədəfə çatmaq üçün çalışır.

“Məsələn, daima hər şeyin pis olacağını düşünən və ətraflarına təsir edən insanlar görmüsünüz. Bu cür insanlar şüuraltının nəzarəti və tərs səy qaydası altına giriblər. Pis düşüncələrin və mənfi davranışların həyatınıza mənfi təsirlərinə qarşı heç nə edə bilmirsinizsə, mənfi düşüncələri müsbətə çevirə bilmirsinizsə, daima beyninizdə pis ssenarilər qurursunuzsa, bir müddət sonra həyatınız dözülməz hala gələcək və həyat keyfiyyətiniz azalacaq. Unutmayaq ki, beynimizdə ən çox düşündüyümüz şeyi həyatımızda çoxaldırıq. Buna görə də beynimizin tərs səy qaydası ilə işləməsinin qarşısını almaq üçün qorxularımıza deyil, xoşbəxtliyimizə diqqət yetirməliyik” – deyə psixoloq əlavə edib.

Əks səy qaydasını məğlub etmək üçün, ən ümidsiz olduğunuz zaman belə, ən mənfi anlarınızda müsbət düşünməyə çalışın. Başınıza gəlməsini istədiyiniz ən yaxşı şeyləri düşünməyə çalışın, qorxduğunuz ən pis şeyləri deyil. Beyninizi idarə edin və ən çətin anlarınızda belə müsbət düşüncələrlə müsbət təsir yaradın. Ən çətin vəziyyətlərdə belə, beyninizin əks cəhd kimi işləməsinə icazə verməyin. Pozitiv düşünün. Pozitiv olun.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir