semsiyye namazli

Qripə yoluxma hansı hallarda baş verir? – HƏKİMDƏN DETALLI CAVABLAR

Baxış sayı: 1. 482

Qrip həm insanların, həm heyvanların, həm də quşların yoluxa biləcəyi bir virusdur. Əsas əlamətləri titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik, halsızlıq və ümumən narahatlıqdır. Daha çox soyuq aylarda yayılsa da, əslində hər zaman qripə yoluxmaq mümkündür. Qrip yoluxma vasitəsi ilə yayılır. Yoluxma isə əsasən öskürmə və asqırma yolu ilə baş verir. Qrip bütün dünyada mövsümi epidemiya şəklində yayılaraq hər il minlərlə insanın ölümünə səbəb olur.

Son zamanlar ölkəmizdə də qrip virusu geniş yayılıb. Bunun səbəbi müxtəlif amillərlə izah olunur. Və məlum vəziyyət ölkə ictimaiyyətində narahatlıq doğurur. Biz də “Sherg.az” olaraq məsələnin ciddiliyini nəzərə alıb, sözügedən virusun yayılma səbəbləri və ondan qorunma yollarını öyrənmək üçün Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı ilə əlaqə saxladıq.

 

Qripə yoluxma hansı hallarda baş verir ?

– Havanın temperatorunun düşməsi, nəmlilik dərəcəsinin artması, günəş şüalarının azalması, əhalinin daha çox sıxlaşdığı yerdə, qapalı mühitlərdə oksigenin azalması nəticəsində daha tez-tez yoluxmalar olur. Virusun yayılması xəstə insan tərəfindən 1.5 metr məsafəni əhatə edir və bu məsafədə öz keçiriciliyini saxlayır”.

 

– Qripin yaz və yay aylarında daha təhlükəli və ağır olması məlumdur. Boz ayda hava şəraiti sabit keçmədiyindən qripə yoluxma hallarına tez-tez rast gəlinir. Bu virusdan necə qorunmaq olar?

– Məktəblərdə, uşaq bağçalarında, metrolarda, avtobuslarda, alış-veriş mərkəzlərində, sıxlıq olan yerlərdə insanlar maskalardan istifadə etməlidirlər. Bacardıqca sıxlıq olan yerlərdən uzaq olmaq lazımdır. Evə gəldikdə əlləri sabunla yumaq gərəkir. Eyni zamanda evin havası mütəmadi olaraq dəyişdirilməlidir.

 

– Çox hallarda insanlar xəstələndiyi zaman həkim məsləhəti olmadan aptekdən müxtəlif dərmanlar alıb, qəbul edirlər. Bu isə bir sıra problemlərə səbəb ola bilər. Bu dərmanlar nəinki xəstəliyi aradan qaldırmır, hətta orqanizm üçün zərərlidir…

– Həkimlə əlaqə mütləqdir. Hazırda müxtəlif viruslar yayılıb. Bu viruslarda antibiotiklər heç bir təsir göstərmir. İnsanlar ən kəskin xəstəliklər zamanı istifadə olunan antibiotikləri qəbul edirlər. Nəticədə, həzm sistemində pozulma halları baş verir, qaraciyərə zərərli təsir göstərir. Bu cür dərmanlar həkim məsləhəti ilə qəbul edilməlidir. Tərkibini bilmədən həmin dərmanların qəbulu zamanı xəstəliyin gedişatını kəskin şəkildə pozmuş oluruq və onu xroniki formaya keçirmiş oluruq.

 

-Virusa yoluxma zamanı nə etməliyik?

– Evdə kimsə virusa yoluxubsa, ayrıca bir otaqda təcrid olunmuş formada saxlanılmalıdır. İşə, məktəbə, kollektivə getməmək məsləhətdir. Bu digərlərinin də yoluxmasının qarşısını alacaq. Xəstə olan otağın havasını tez-tez dəyişmək lazımdır.

Çoxlu maye qəbul edilməli, yataq rejimi tətbiq olunmalıdır. El arasında təbii aspirin kimi qəbul olunan moruq mürəbbəsinin çayla qarışdırılaraq içilməsi, limonlu çay qəbulu, süd və süd məhsullarından, meyvə-tərəvəzlərdən bol-bol istifadə məsləhət görülür. Çox təəssüf ki, əksər valideynlər uşaqlara şirniyyat, şokalad yedirtməklə düşünürlər ki, bu, onların immun sistemini gücləndirəcək və virusa yoluxmanın qarşısını alacaq. Lakin nə qədər karbohidrat, şirniyyat qəbulu artırsa, immun sistemi tarazlığı bir o qədər pozulur.

 

Sevda Ulutau




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir