Usaq-yemek

“Sən yeməsən, qardaşın yeyəcək” yanaşmasının fəsadları

Baxış sayı: 1. 012

Uşağı yeməyə həvəsləndirmək üçün deyilən bu “günahsız” sözlər əslində özü ilə bir çox problemlər gətirir. Adətən, uşağı yemək istəməyən analar bu cür sözlərdən istifadə edirlər. Halbuki bu gün müşahidə edilən köklük probleminin kökündə də elə bu cür sözlər dayanır.

Üstəlik, köklük bu cür cümlələrin vurduğu ziyanın görünən tərəfidir. Bundan başqa, müşahidə edilən başqa bir problem isə qardaşlar arasındakı qısqanclığı və rəqabəti artırmaqdır. Belə olduqda uşaqlar “irəli getmək” üçün qardaşlarından və onlara rəqib kimi təqdim edilən uşaq kimdirsə ondan etalon kimi istifadə edirlər.

Image result for yemək yeməyən uşaqlar"

 

Digər tərəfdən, uşaq uğur anlayışını da qardaşı ilə bağlamağa başlayır. Bu isə uşağın bir şəxsiyyət kimi formalaşmasına, həmçinin, uşaqda özünəinam hissinin yaranmasına mənfi təsir göstərir.

Bütün bu problemlərin bünövrəsində də eyni cümlələri görmək mümkündür. Ona görə də, hətta həvəsləndirmək məqsədi ilə də olsa, uşaqları bir-birilərinə rəqib göstərməyin.

 

Aydan Kərimli

Image result for yemək yeməyən uşaqlar"

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir