hotel

Səyahət zamanı qala biləcəyiniz 6 fərqli hotel

Baxış sayı: 1. 050

Səyahət edərkən bizim üçün ən önəmli faktorlardan biri düzgün hotel seçimidir. Bəzi insanlar rahatlıqla yanaşı, qeyri-adi dizaynı olan hotellərə də üz tuturlar. Dünyada çox sayda fərqli dizaynda qurulmuş hotellər var. Fərqli hotellərdən söz düşübsə, aşağıdakı hotellərdən mütləq danışmalıyıq:

 

1. “Giraffe Manor” (Zürafə Malikanəsi) , Nayrobi, Keniya

Giraffe Manor Hotel

Zürafələrlə eyni masada çay içmək necə səslənir? Bir az qəribə, həm də maraqlı? Bu təcrübəni sizə təqdim edən hotel “Giraffe Manor”dur. Afrikanın unikal hotellərdən biri olan 12 otaqlı Nayrobi şəhərindəki bu hoteldə işçilər hər yeni gələn qonağa zürafəni necə bəsləmək lazım olduğunu öyrədirlər. Bunun səbəbi hotelin bağçasında qəlyanaltı üçün uzun boyunlarını hotelin böyük pəncərələrinə uzatmağı sevən nəsli kəsilməkdə olan Rotşild zürafələri sürüsünün olmasıdır. Hotel 1932-ci ildə təxminən 6000 fut yüksəklikdə qurulmuş zərif bir tikilidir. Bu hotelin hər otağında zürafə yemləri hazır saxlanılır ki, zürafələr pəncərənizə qonaq gəldikdə onları yemləyə biləsiz.

Giraffe Manor Hotel

Giraffe Manor Hotel

2. Təyyardə hotel: “Hotel Costa Verde” , Manuel Antonio Milli Parkı, Kosta-Rika

Hotel Costa Verde

Heç vaxt təyyarədə yata bilməmisiniz? “Hotel Costa Verde” bunun çarəsini tapıb. “Avianca” Hava Yollarına aid olan Boinq 727 təyyarəsini dəbdəbəli və fərqli hotelə çeviriblər. Bu təyyarə 50 metr hündürlükdəki dayaqların üzərində dayanır. Təyyarənin pəncərələrində sizi cəngəllik və okean mənzərələri qarşılayır. Yataq otaqlarının hər birində sərinkeş və vanna otağı var. Bu hoteldə Kosta-Rikanın milli yemək və içkilərdən zövq alın!

Hotel Costa Verde

Hotel Costa Verde

3. “Golden Crown Levin Iglut” , Levi şəhəri, Laplandiya, Finlandiya

Golden Crown Levin Iglut

18 şüşə iqludan ibarət bu hotel sizə şimal işıqlarının (qütb parıltısı) mənzərəsində, isti yatağınızda yatmaq imkanıyaradır. Levi kurort şəhərinin yaxınlığında yerləşən bu hotelin hər otağında böyük yataq, vanna otağı, mətbəxində hazır ərzaqlar var. Şüşələr donmasın deyə izolyasiya edilərək qorunur. Ulduzların mənzərəsində, buxarının (kamin) qarşısında, isti şokoladınızı içərək tətilinizin dadını çıxarın.

Golden Crown Levin Iglut

Golden Crown Levin Iglut

4. “Manta Resort” , Pemba adası, Zənzibar, Tanzaniya

Manta Resort

Dəniz suları ilə əhatələnmiş uzaq bir adadakı çimərlik villalarında dincəlmək, sözsüz ki, özünəməxsus və məftunedicidir. Bu hotelin sualtı otaqlarının geniş pəncərələrində rəngli qaya balıqları sizin otaq yoldaşınız olacaq. Villanın yuxarı mərtəbəsindəki otaqlar, vanna otaqlarına və günəşlənmək üçün hissələrə sahibdir. Burada eləcə də dalğıclıqla məşğul ola və təbiətdə araşdırmalar, gəzintilər edə bilərsiz.

Manta Resort

Manta Resort

5. “Kelebek Special Cave Hotel” , Kappadokiya, Türkiyə

Kelebek Special Cave Hotel

Kappadokiyada olsanız, bölgənin məşhur mağara hotellərindən birində qalmamağınız mümkün deyil. Kappadokiyanın mağara hotelləri bölgədəki ən yaxşı yaşayış seçimlərini təklif edir. Əntiq mebellərlə bəzədilmiş Göreme şəhərindəki bu hotelinin daş zəminli otaqları Uçhisar və Çavuşin mənzərələrinə açılır. Hotelin terası Kappadokiyanın Pəribacalarına baxır. Bal ayınız üçün hotel axtarışındasınızsa, yerli şərabları və mətbəxi ilə sizin bütün gözləntilərinizi qarşılayacaq bu hoteli rahatlıqla seçə bilərsiniz.

Kelebek Special Cave Hotel

Kelebek Special Cave Hotel

Kelebek Special Cave Hotel

6. “Inntel Hotel Amsterdam Zaandam” , Niderland

Inntel Otel Amsterdam Zaandam

Amsterdamın Zandam şəhərində yerləşən və üst-ütə yığılmış evlər şəklində memarlığı olan 4 ulduzlu hotelin binası, bölgədəki tarixi evlərin memarlığına uyğun tikilib. Amsterdam şəhər mərkəzinin şimal-qərbində yerləşən bu bölgə yerli məhsulları ilə məşhurlaşıb və əsrlər boyu kənd təsərrüfatı o qədər inkişaf edib ki, bu bölgəni “Hollandiyanın ərzaq səbəti” adlandırıblar. Zaan çayının sahilində qurulmuş Zandam şəhəri Amsterdama gedən turistlər üçün ilk dayanacaqlardan biri olmasa da, əslində bu kiçik bölgəni ziyarət etməyə dəyər. Zandam hotelində qalmaq həm də sizə maddi cəhətdən sərf edəcəkdir.

Inntel Otel Amsterdam Zaandam

Inntel Otel Amsterdam Zaandam

Dünyadakı qeyri-adi hotellərin siyahısı bunlarla yekunlaşmır. Başqa ölkələrdəki hotelləri kəşf etmək üçün isə yolumuza davam etməliyik. Elə isə yola davam!

(“Nevarneyox.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir