sac-tokulmesi

Saçlarımız haqqında bilmədiklərimiz

Baxış sayı: 1. 478

Son zamanlar qəbul etdiyimiz qidalar, keçirdiyimiz əsəb və streslərdən bir çox insanlarda saç tökülmə halları baş verir, bu da insanlara psixoloji problemlər yaradır. Aparılan araşdırmalara görə, hər 10 nəfərdən yeddisinin saçları tökülür. Üç nəfərdən biri isə saç əkdirmək üçün müraciət edir. Saç tökülməsi kişilərdə ciddi şəkildə özünə inamı itirir. Saç tökülməsi kişilərdə və qadınlarda müxtəlif səbəblərə malikdir. Sağlam saç gündə ortalama 50-100 tel arasında tökülür. Həddindən artıq saç tökülməsi hallarında isə bu say artır. Daraqlarımızda həddindən artıq saç yığıldığını gördükdə, saçımızın təhlükəli hal aldığını anlamalıyıq. Saç tökülməsinin bir çox səbəbi var. Qadınlarda hormonal problemlər, qan azlığı, vitamin və mineral çatışmazlığı, hamiləlik-doğum, həddən artıq riskli pəhrizlərlə əlaqədar zülal çatışmazlığı, spirt və siqaret qəbul etmələri və stress səbəbindən saç tökülmə baş verir. Kişilərdə saç tökülməsinin tibbi adı androgenetik alopecia adlanır. Ümumiyyətlə, kişilərdə saç əvvəl qırılmağa başlayır, daha sonra seyrəlməyə doğru gedir və saçın üst hissəsi tökülür. Qadınlarda isə hər bölgədən tökülmə eyni anda baş verir. Kişilərdə saç tökülməsi 17 yaşından başlayır. Saç tökülməsi insanda psixoloji olaraq problemlər yaradır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir