sandora

“Sandora”dan qida terroru?!

Baxış sayı: 1. 660

Son zamanlar yerli alıcılar tez-tez qida sektorunda bəzi xoşagəlməzliklərlə rastlaşırlar. Təəssüflə qeyd etməliyik ki, çörəyin çərisindən kağız, tük, sap və müxtəlif cür qeyri qida maddələrinin çıxmasından tutmuş limonadın içərisindən siçan çıxmasına qədər qarşılaşdığımız hallar olub. Təəssüflə qeyd etməliyik ki, belə hallara daha çox yerli məhsullarda rast gəlirik. Bu isə alıcılar arasında yerli məhsullara olan inam və güvəni sarsıdır…

Adının çəkilməsinin istəməyən bir oxucumuz dünən mağazadan şirə aldığını və fotolarda göründüyü halla qarşılaşdığını bizə yazıb. İstehlakçının “gencaile.az” ünvanladığı məktubda deyilir: “Şəkildə gördüyünüz “təbii şirə” SANDORA markasının multivitamin çeşididir. Qapağı açıb şirəni içmək istədikdə qəribə dad hiss etdik. Qutunu tamamilə boşaldıb ortadan kəsdim maraq üçün. Qarşılaşdığım mənzərə göz önündədir. Bu markaya aid şirələrin hansı şəraitdə qablaşdırılması haqda az da olsa təsəvvürüm yarandı. Hər kəsi ehtiyyatlı olmağa çağırıram. Qida canavarları insanların sağlamlığı ilə oynamaqdan çəkinmirlər”

Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.

10943474_890873184296813_1041848306_n 10954735_890873190963479_1185383776_n




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir