saqqiz

Saqqız çeynəməyin nə ziyanı var?

Baxış sayı: 566

Söhbət saqqızın sadəcə dişlərdə kariyes yaranmasına rəvac verməsindən getmir.

Həkim-terapevt Vera Nəzərova mövzu ilə bağlı verdiyi açıqlamada qeyd edir ki, saqqızdan həddən çox istifadə orqanizmdə xroniki qastrit, pankreatit, kolit və diabet kimi xəstəliklərin yaranmasına yol aça bilər.

Mütəxəssis göstərir ki, mədəyə qida qəbul edənədək saqqız çeynəmək qəti qadağandır. Çünki, çeynəmə bütün həzm traktına – mədədən onikibarmaq bağırsağa, mədəaltı vəzidən nazik bağırsağa qədər təsir edir:

“Bu zaman bu orqanlar qidanı həzm edirmiş kimi özlərindən şirə buraxır və həmin qida olmadıqda orqanizm öz selikli qişasını “emal etməyə” başlayır. Məhz bu səbəbdən təhlükəli xroniki ağrılar yaranır. Mədəaltı vəzi qana insulin verir, intəhası həmin an bu elementin istifadəsi üçün mədədə qida yoxdur. Axı, orqanizmə düşməyən qidanı insulin necə emal edə bilər?”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir