selluet

Sellülitdən 10 hərəkətlə qurtulun

Baxış sayı: 1. 362

Qadınların böyük dərdi olan sellülitlərdən 10 sadə idman hərəkəti ilə xilas olmaq mümkündür. Bu hərəkətlərə gündə 30-40 dəqiqə vaxt ayırmaqla istədiyiniz formaya düşə bilərsiz.

Sellütlərinizlə vidalaşmanıza kömək edəcək 10 idman hərəkətini təqdim edirik.

Arxası üstə uzanıb ayaqlarınızı tək-tək düz olaraq qaldırıb endirin.

Üzü üstü yataraq omba əzələlərini sıxıb saxlayın və gəvşəyin.

Ayaqlarınızı çiyin genişliyində açın, ombanız dizlərinizin cərgəsinə gələnə qədər çöküb qalxın.

Yan yataraq alt ayağı büküb, üst ayağı 45 dərəcə vəziyyətində açıb 5 saniyə belə gözləyin.

Kürək üstü vəziyyətində uzanıb ayaq dabanlarınızı yerə basın və ombanızı qaldırıb endirin.

İməkləmə vəziyyətində durub bir ayağınızı bükərək yuxarı qaldırıb endirin.

İməkləmə vəziyyətində bir ayağınızı bükmədən arxaya doğru uzadın, aşağı-yuxarı qaldırıb endirin.

Ayaq üstə dizinizi bükərək sinənizə doğru qaldırıb endirin. Həm sağ, həm də sol diziniz üçün eyni hərəkəti təkrarlayın.

Dik vəziyyətdə oturaraq dizlərinizi 90 dərəcə açıqlıqla ayaqlarınızı yerə basmış şəkildə yerləşdirin. Belə halda ayaqlarınızın arasına yastıq qoyub sıxın və 5 saniyə saxlayıb sonra gəvşəyin.

Üzü üstə uzanın, ayaqlarınızı yuxarı qaldırıb 30 saniyə boyunca açıb bağlayın. (ailem.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir