sevgililer gunu

Sevgililər gününün maraqlı təzadları

Baxış sayı: 1. 159

Fevralın 14-də dünyanın böyük hissəsində, Azərbaycanda “Sevgililər günü” kimi tanınan, əslində isə xristianlıqda Müqəddəs Valentini anım günü qeyd olunur. Xüsusilə də gənclər arasında rəğbət qazanmış bu tarixdə edam olunub.

Bəs ayrı-ayrı ölkələrdə bu gün necə qarşılanır?

Danimarkada bayram olaraq qeyd edilən 14 fevralda sevgililərə adi gül deyil, məhz qardələn çiçəyi hədiyyə edilir. Ənənəvi hədiyyəyə çevrilən bu çiçəki verərkən mütləq üzərində xüsusi ürək sözləri qeyd edilmiş məktub da olmalıdır.

Fransada Orlean Dükü Charlesin 1415-ci ildə London kilsəsində dustaq edilərkən keçmiş sevgilisinə göndərdiyi eşq məktubları bu gün üçün çox aktualdır. Gənclər həmin məktubda yazılanlardan öz sevgililərinə ithaf edərlər. Başqa bir ənənəyə əsasən isə subay kişi və qadınlar bir evə yığışır, sıra ilə masa arxasında üz-üzə oturar və az vaxtda söhbət edərək bir-birilərini tanımağa çalışarlar. Əgər anlaşmasalar, o zaman cütlüklər yerlərini dəyişir və başqası ilə tanış olmağa başlayırlar. Təbii ki, son vaxtlar hökumət tanışlıqlarda sui-istifadə hallarının ola biləcəyini düşünüb bu ənənəni yasaqlayıb.

Cənubi Koreyada Sevgililər günü fevral ayı boyunca qeyd olunmaqdadır. Bu ay boyunca hər şeyin ən yaxşısını və ürək şəklində olmaqla hədiyyə etmək lazımdır. Fərqi yoxdur, sabundur, şokolatdır, ətir şüşəsidir – hər şey ürək şəklində olmalıdır..

Çində Valentin gününün əvəzinə Qixi günü qeyd edərlər. Bu gün sevgililər, ya da evli cütlüklər sevgilərini qorumaq üçün yemişlərin üzərinə ürək şəkilləri cızar və ən yaxşı ithaflarını yazarlar. Ayin şəklində qeyd olunan bu bayramın yaranma səbəbi isə pis ürəkli kralla bir qızın eşq macərası ilə bağlıdır.

İngiltərədə ən qədim və ənənəvi bayramdır Sevgililər günü. Onların ənənəsinə əsasən kim gecə nə yuxu görsə, eşq ili də ona uyğun keçəcəkmiş. Ənənəyə əsasən, xüsusilə də qadınlar bu gecə yatmazdan əvvəl dəfnə yarpaqlarını yastıqlarının içinə qoyar və gecə yuxuda evlənəcəkləri kişini görərlər. Ümumilikdə isə, sevgililər gün boyu gəzib-dolaşar. Axşamlarını isə restoran-barlarda keçirərlər.

Filippində Sevgililər günündə toplu toylar etmək düşərli sayılır. Bu zaman bütün alış-veriş mərkəzləri, restoranlar, əyləncə yerləri və onları işıqlandırmaq istəyən telekanallar var qüvvələri ilə səfərbər olarlar. Filippinlilər hesa edir ki, fevralın 14-də evlənmək onlara uğur gətirəcək.

İtaliyada Sevgililər gününü adətən Bahar şənliyi olaraq qeyd edirlər. Gənc sevgililər bağ-bağçalara toplaşıb bir-birilərinə şeirlər oxuyar, musiqi dinləyər və gəzişərlər. Yüzillər boyunca bu ayinlərə sadiq qalan italiyalılar, eyni zamanda bir-birilərinə içində 4 dildə fərqli eşq qeydi olan “Baci Perugina” şokoladı bağışlayarlar.

Braziliyada 14 fevralın əvəzinə 2 iyunda “Dia dos Namorados” və ya digər adıyla “Lovers Day”- bayram edərlər. Festival havasında keçən bu gün sadəcə cütlüklər tərəfindən deyil, ailələr, dostlar – hər kəs tərəfindən bayram edilər, insanlar bir-birilərinə şokoladlar, sevgi kitabları və sair bağışlayarlar.

CAR əhalsii Sevgililər gününü ən romantik qeyd edən xalqlar sırasındadır. Hədiyyə və sürprizlərdən əlavə “Lupercalia” adlı bir festival da keçirilir. Festivalda qadınlar və kişilər sevgdiklərinin adını qollarına yazarlar. Bayram təntənəsi bir həftəyədək uzanır.

ABŞ-da sevgililər bir-birinə olan məhəbbəti isbatlamaq üçün əllərindən gələn hər şeyi edərlər. Amerikalılar şirniyyatlar, şokolat, kart, çiçək və zinət əşyaları kimi hədiyyələrə ildə 18 milyard dollar xərcləyirlər. Təbrik kartları ən geniş yayılmış hədiyyələrdir və onu yalnız sevgililər deyil, ailələr, dostlar, tələbələr – hər kəs alıb bir-birinə bağışlayar. Bu gün ABŞ-da ən məşhur olan, üzərində “Be Mine” (“Mənim ol”), “Kiss Me” (“Məni öp”) yazılmış kiçik konfetlərdir.

Yaponiyada bu gün kişilər çox sırtıqlaşır… Qadınlar sevgilərini isbatlamaq üçün sevdikləri oğlana, ailə üzvlərinə və iş yoldaşlarına şokolad paylayır. Amma qadınlar üçün narahatlığa səbəb yoxdur, etdiklərinin qarşılığını eyni cür 14 martda alacaqlar. Üstəlik, üzərində gül buketi də əlavə.

Bu gün səyahə edənlər üçün ən ideal ölkə Finlandiyadır. Sevgilin yoxdursa belə, burada tək qalma kimi narahatlığa ehtiyac qalmayacaq. Çünki bu gün Finlandiyada dostlarla bayram etmə günüdür. Hətta Finlandiyada 14 fevral “Sevgililər günü” deyil, “Dostlar günü” kimi qeyd olunmaqdadır. Bu gün insanlar bir-birinə ən çox bənövşə alar, şirniyyat paylayarlar.

Peruda karnaval keçirildiyi üçün 14 fevralda ölkə üzrə tətildir. Bu da onlara imkan verir ki, eşq dolu yolçuluqlarını istədikləri şəkildə qursunlar. Peruda gül yerinə sevgililər bir-birinə ölkənin milli çiçəyi olan orkido bağışlayarlar. Eyni zamanda, bu gündə toplu toylar edilər.
Hindistanda da ürək fiqurları düzəldilər. Hind ənənəsinə görə, burada ürək yalnız sevgini deyil. Həm də həyatı təcəssüm edir. Əgər kiməsə ürək fiquru verdinsə. Bu o deməkdir ki, həyatını ona həsr edirsən.

Qvatemalada bu bayram sadəcə gənc cütlüklərə aid deyil. Eyni zamanda dostluq və ailə sevgisini də özündə əxz edir. İnsanlar bu gün ailələriylə vaxt geçirir. Yaşlı insanlar isə daha çox milli geyimlərdə küçədə dolaşmağa üstünlük verir.

Sloveniyada 14 fevral sevgililər günü olmaqla yanaşı, həm də bolluq və bərəkət bayramıdır. Folklora görə, məhz bu gün tarlalarda əkinlər cücərməyə, boy atmağa başlayar. Çiçəklər də məhz bu gündən yaza hazırlaşırlar.

İraqda gənclər bu gün alma alaraq üzərini bəzəyirlər. Bunun Həzrəti Adəm və Həvvanın yaşamına aid edirlər. Amma onlar niyə bu iki müqəddəs kimi bağ və parklarda əl-ələ tutub gəzə bilmədikləri üçün şikayəıtlənirlər.

Norveçdə bu günün əhəmiyyəti çox böyükdür. Kişilər bəyəndikləri qadınlara qadınlara “Gaekkebrev”adlanan şeirlər göndərirlər, ancaq adlarını qeyd etmirlər. Şeirin altına adlarından sadəcə bir hərf yazırlar. Qadının onun kim olduğunu bilməsini isə pasxa bayramınadək gözləməlidirlər. Çünki həmin qadının ona qarşı sevgisi varsa pasxa günü yuçurta bağışlayacaq.

Şotlandiyada çox maraqlı adət var: 14 fevralda subay qadın və kişilər bir araya gəlirlər. Hər kəs adını yazdığı kağızı böküb, qadınlar və kişilər ayrı-ayrı olmaqla, papağın içinə atar. Sonra hər papaqdan bir kağız çıxarıb oxunar. Hər dəfədə hansı qadın və kişi adı çıxsa, onlar evlənməyə məcburdurlar – etiraz etmək yasaqdır.

Bəs dünya üzrə süvgililər günü daha çox nələr alınır? Hesablamalara əsasən, bu gün ən çox satılan məhsullar arasında zinət əşyaları 37 faiz, ətir və kosmetika 38 faiz təşkil edir.

Sevgililər günü hədiyyə alımı üçün ən çox pulu honk Konqda xərcləyirlər. Burada adambaşına xərc 152 avro düşür. Müqayisə üçün deyək ki, bu rəqəm Çində 127 avro, ABŞ-da 121 avro, İngiltərədə 109 avro, Sinqapur 90 avro, İtaliya 87 avro, Avstraliya 83 avro, İspaniya 82 avro, Fransa 76 avro, Yunanıstan 74 avro…

Məlumat üçün deyək ki, qardaş Türkiyədə bu rəqəm cəmi 40 avrodur.

Adambaşına hədiyyələrə ən az pul xərclənən ölkələr isə aşağıdakılardır: Macarıstan 27 avro, Filippin 24 avro və Nigeriya 26 avro.

Cinslərə görə hədiyyəyə xərclənən vəsaitin miqdarında da fərq özünü göstərir. Məsələn, Almaniyada kişi və qadın bir-birinə bərabər şəkildə, ortalama 73 avro dəyərində hədiyyə alırsa, Türkiyədə qadınlar kişilərə aldığı hədiyyəyə 42 avro, kişilər isə onlara verdikləri hədiyyəyə 39 avro xərcləyirlər. Vyetnamda qadınlar kişilərə 53 avroluq, kişilər isə onlara 46 avroluq hədiyyə alır…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir