Mysterious-Discoveries-From-Ancient-Egypt-4-1024x613-1_1660121423

Sirli tapıntılar – Yerdə gəzən tanrılar, yoxsa paralel dünyaların izi?

Baxış sayı: 293

Arxeoloqların tapdığı və çox zaman gizlədilən bir çox artefaktlar var ki, yer üzərində ilk sivilizasiya olmadığımızı deməyə əsas verir. Bəzi qədim tapıntılar o qədər mükəmməl hazırlanıb ki, bunları yalnız ən müasir texnologiyalarla bacarmaq olardı. Elm adamları bu artefaktlara izah tapa bilmirlər, Bu qəribə tapıntılar cavabdan daha çox suallar doğurur. Belə çıxır ki, bəşər sivilizasiyaları düşünüldüyündən xeyli əvvəl daha mükəmməl formada mövcud imiş və ya planetdə insanlardan əvvəl  yüksək mədəniyyətə malik olan başqa ağıllı varlıqlar da var olub.

Bəlkə də daşlaşmış süxurların yaşını təyin etmək  üçün istifadə edilən üsullar yanlışdır. Beləliklə, son 100 ildə tapılmış  sirli artefaktların bir neçəsi barədə məlumatı təqdim edir. İnanıb inanmamaq, nəticə çıxarmaq hər kəsin öz əlində.


1900-cü ildə Yunan dalğıc Lykopantis tərəfindən Egey dənizində batmış yunan gəmisinin qalıqları arasında tapılıb. Artefakt əhəngdaşı parçaları içərisində bərkidilmiş bir neçə tunc çarxdan ibarətdir. Elm adamları müxtəlif müasir üsullarla aydınlaşdırdılar ki, bu qədim qurğu həftənin gününü, ilini, vaxtı, həmçinin Günəşin, Ayın, Mars, Venera, Merkuri, Saturn və Yupiterin hərəkətini hesablamaq üçün imiş. Mexanizmin əks tərəfi Günəş və Ay tutulmalarını proqnozlaşdırmaq üçün istifadə edilib. Çox güman ki, batan gəmi bir vaxtlar yunan astronomu və riyaziyyatçısı Nikeyalı Hipparxın yaşadığı Rodos adasından gəlib. Jak Kusto tərəfindən batan gəmidə tapılan sikkələrdən məlum olub ki, mexanizm eramızdan əvvəl 85-ci ildə yaradılıb. Mexanizmi Arximed özü icad etdiyi güman edilir.

Bu gün hər yerdə təkrar doldurulan batareyalar satılır. Ancaq 2000 il yaşı olan yalnız bir batareya var. Bağdad batareyası adlanan bu tapıntı Parfiya dövrünün xarabalıqlarında aşkar edilib və eramızdan əvvəl 248-ci ilə aid edilir. Cihaz üç komponentdən ibarətdir – hündürlüyü 14 sm olan gil qab, içərisinə oksidləşmiş mis silindr daxil edilib və qatranla bərkidilib. Misir ehramlarında tapılmış daş rəsmlərdə də belə batareyaların rəsmlərinə rast gəlmək olur. Hətta bu rəsmlərə əsasən demək olar ki, qədim misirlilər elektrik enerjisini fərqli yolla əldə etməyi öyrənmişdilər, kahinlər bunu böyük sirr kimi qoruyub saxlayırdılar. Artefaktı tədqiq edən mütəxəssislər belə qənaətə gəliblər ki, bu cihazı turşu və ya qələvi məhlulla doldurmaqla elektrik yükü yaradan adi akkumulyator əldə etmək olar. Bu qədər qabaqcıl texnologiyaları yaradan sivilizasiyaya nə oldu, onlar hara getdilər? Bax bu sualın cavabı yoxdur. Qədim əfsanələrə əsasən Nuh tufanında yerin məhv olmasından və yeni başlanğıcdan danışılır. Bu sizcə təsadüfdür?

1930-cu illərdə Kosta-Rikanın keçilməz cəngəlliklərində insanlar təsadüfən heyrətamiz bir tapıntı ilə qarşılaşdılar: Onların qarşısında əksəriyyəti demək olar ki, mükəmməl yuvarlaq formaya malik olan onlarla daş top var idi. Toplar ölçülərinə görə fərqlənirdi. Onlar arasında tennis topu böyüklüyündə olanlar da var idi, 16 ton çəkiyə malik nəhənglər də. Şübhə yoxdur ki, bu toplar insan əllərinin məhsuluydu, onları kimin, hansı məqsədlə və ən əsası ifrat dəqiqliklə mükəmməl kürə formasında kim yaratmışdı? Bu məlum deyil.

Ekvadorda 2000 yaşlı daş heykəlciklər tapılıb. Heykəlçiklər astronaft fiqurlarıdır.

Perunun Dövlət Muzeyində saxlanan İki daşları da maraqlıdır. Daş üzərində başında şlyapa, gözündə teleskop olan və göyə baxan insan təsvir edilib. Tapıntının 30000 il yaşı var. Qaliley teleskopu 300 il əvvəl icad edib, amma İkilər 30 min il əvvəl astronomiya ilə məşğul olublar? Bu arada Cənubi Amerikada yaşayan bir vəhşi qəbilənin insanları da  özlərini Sirius ulduzundan gələnlər hesab edirlər və bu ulduz barədə hər şeyi bilirlər.

Sabu diski – bu mistik artefaktın hansısa bir qurğunun parçası olduğu ehtimal edilir. 1936-cı ildə  Misirdə Mastab Sabunun sərdabəsində tapılıb. Sərdabə bizim eradan əvvəl  3000-ci ilə aiddir.

Misir piramidalarının iç divarlarında, daş üzərində təsvirlərdə müasir tankları, təyyarələri, astronavtları xatırladan çoxlu sayda təsvirlər var. 5000 il öncə yaşayan insanlar bu günün texnologiyalarını necə dəqiqliklə təsvir etmişdilər?

Bu kimi faktlar yüzlərlədir. Biz kosmosa əl uzadarkən hələ özümüzü tanımırıq. Biz kimik? Hardan gəlib hara gedirik?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir