TEST

Siz nə dərəcədə nəzakətlisiniz? – PSİXOLOJİ TEST

Baxış sayı: 1. 521

Əgər dostunuz onun sevgi macərasının bitdiyini və ya ailəsinin dağıldığını desə, siz:
Nə baş verdiyini soruşacaqsınız – 3;
Deyəcəksiniz ki, bu məsələyə qarışmaq istəməzsiniz – 0;
Onun danışmaq istədiklərini sona qədər dinləyəcəksiniz – 10.

 

Uzun müddətdir görmədiyiniz dostunuzla görüşsəniz və onun çox kökəldiyini görsəniz siz:

Dostunuza yaman kökəldiyini deyəcəksiniz – 0;
Ona yaxşı görünməsi haqqında xoş söz deyəcəksiniz – 3;
Heç nə deməyəcəksiniz – 10.

 

Qonşu sizə uğurlu alış-veriş etdiyi barədə məlumat verir. Əgər siz həmin əşyanı daha ucuz ala biləcəyiniz yer bilirsinizsə, onda siz:

Qonşunuza səhv etdiyini deyəcəksiniz – 0;
Başqa mağazalara da getməyi məsləhət görəcəksiniz – 3;
Bu alış-verişin sizin fikrinizcə uğurlu olması barədə fikir söyləməyəcəksiniz – 10.

 

Siz həmkarlarlınızla qrup şəklində şəhər kənarı gəzintiyə gedibsiniz. Aydın olur ki, onlardan biri pulu evdə unudub. Siz:

Qürurla onun əvəzinə ödəyəcəyinizi deyəcəksiniz – 0;
Heç nə deməyəcəksiniz – 3;
Ona sakitcə onun da xərclərini ödəyə biləcək məbləğdə pulunuzun olmasını söyləyəcəksiniz – 10.

 

İşə qəbul olmaq üçün siz müsahibədən keçməlisiniz. İşlə təmin edənin konservativ baxışlarının olmasını bilərək siz:

Siz sərbəst geyim geyinəcəksiniz – 0;
Sanballı, modadan çıxmış pencək geyinəcəksiniz – 3;
Ciddi stildə tikilmiş dəbli iş pencəyi geyinəcəksiniz – 10.

 

Sizi nahara dəvət ediblər. İkinci yeməyi verərkən siz onun dadlı olmadığını hiss edirsiniz. Bu zaman siz:

Boşqabı kənara çəkəcəksiniz – 0;
Dietada olduğunuzu söyləyəcəksiniz – 3;
Maraqlı söhbət edərək yeməyin kiçik bir hissəsini yeyəcəksiniz – 10.

 

50-60. Siz yeni dostlar tapırsınız və başqalarına münasibətdə diqqətcil olmağınızın hesabına nadir hallarda hücum obyektinə çevrilirsiniz.

30-49. Ümumilikdə siz açıq insansınız. Bəzən başqalarının xətrinə dəyirsiniz, lakin bunu qəsdən etmirsiniz.

0-29. Görünür sizi başqalarının nə hiss etdiyi maraqlandırmır. Bu əlaqələrin yaxşılaşdırılması üçün yaxşı yol deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir