mobil telefon

Smartfonlarla ildə 49 gün keçiririk

Baxış sayı: 1. 361

Avstriyalı alimlərin hesablamalarına görə, smartfonlar ildə təxminən 49 gün vaxtımızı alır.

“Qwrt.ru” resursu bildirir ki, statistikaya görə, 16-30 yaşlı istifadəçilər gün ərzində təxminən 150 dəfə smartfonun displeyinə nəzər salırlar.

46-65 yaşlı insanlarda bu göstərici iki dəfə azdır, amma onlar gündə buna təxminən 1,5 saat sərf edirlər. Gənclər isə smartfonlarla təxminən 3,2 saat vaxt keçirirlər.

Avstriyanın “TNS” şirkətinin direktoru Alister Litvud bu göstəricilərin insanların həyatdan zövq almaq, darıxmaq və öz düşüncələri ilə baş-başa qalmaq hisslərini unutduqlarından xəbər verdiyini deyib. Onun əvəzində, sosial şəbəkələrdə dərc edilmiş xəbərlərə saatlarla vaxt sərf etməyə hazırdırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir