Süni mayalanmada yeni üsul: intralipid serum nədir?

Baxış sayı: 1. 604

Uzun illər övlad sahibi ola bilməyən ailələr süni mayalanmaya üz tuturlar. Bəzən təkrarlanan süni mayalanma prosedurları da uğursuzluqla nəticələnə bilir. Ancaq bunun da çarəsi var artıq. Hazırda belə xəstəyə məsləhət görülən ən məntiqli və güvənli həll yolu intralipid serumdur.

Süni mayalanma sahəsində yeni üsul olan intralipid serum müalicəsi haqqında  bilmək istədiklərinizi “Gencaile.az”-ın Aile.lent.az-a istinadən təqdim etdiyi bu yazıdan öyrənə bilərsiz.

İntralipid serum embrion transferinin ilk edildiyi gün və sonra aralıqlarla damar daxilinə vurulur. Tərkibində yağ molekulları olan serum damarla yanaşı oral metodla da qəbul edilə bilər. Mütəxəssislər bu serumun tətbiqi ilə daha əvvəl süni mayalanma edilən, ancaq hamilə qala bilməyənlərin uşaq sahibi ola bilmək şansının yüksək olduğunu deyir.

Nə işə yarayır?

Serum immuniteti gücləndirir. Bu xəstələrdə immunitet niyə əhəmiyyətlidir?

Çünki immunitet sistemində problem olduğunda təkrarlanan süni mayalanma proseslərində uğur əldə edilmir.

Serum müalicəsinin dünyada 4-5 ildir tətbiq edildiyinə diqqət çəkən mütəxəssislər bunun bahalı olmadığını və hər hansı bir yan təsirinin olmadığını deyirlər.

İki dəfədən çox tətbiq edilən süni mayalanmadan sonra uğur əldə edə bilməyəndə serum müalicəsi tətbiq edilir.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir