sviter

Sviteri necə seçmək lazımdır?

Baxış sayı: 504

Sviter soyuq və qaranlıq səhər çağında dolabda ilk gözünə dəyən paltar növüdür.  Sivterlər dünyasının “qızıl standartı” kəşmir sviteri sayılır. O, yumşaq və yüngüldür. Bu sviter səni iki dəfə məyus edə bilər. Birinci dəfə mağazada ona pul sayarkən, iknci dəfə isə 10 il geydikdən sonra uzaq dolaba qoyduqda.

Yun sviter məğlubedilməz (lakin altından futbolka geyilmədikdə tikanlı) klassikadır. Lakin bu sviteri nəmişlikdən və yüksək temperaturdan qoru. Su dəydikdə yun öz davamlılığının30%-ni itirir.

Bundan başqa sviterin, pambıq, süni materialdan hazırlanmış və qarışıq növləri olur. Onlar daha dözümlü, lakin təbii materialdan hazırlanan sviterlərlə müqayisədə o qədər isti saxlamır.

 

Rəng

Tünd sviter olduqca formal sayılır. Əlbəttə, öz toyuna onu geyməzsən, lakin iş üçün tam uyğundur. Açıq rəngi sviterləri asudə vaxtına saxla.

 

Print

Monoton sviterin rəqibi təsvirli sviter sayılır. Ən klassik naxış arqayl və ya başqa sözlə – romb sayılır. Belə sviterə sadə lakonik paltar yaraşır.

Aran naxışlı sviterlər isə öz vaxtında sahibi haqqında “Facebook” kimi məlumat verirdi.

Forma

“Vodolazka” – uzunboğaz tünd rəngə malik sviter növüdür. Cins, klassik şalvar və pencəklə geymək olar.

Pulover – V-yə bənzər kəsikli sviter forması. Qalstuk, köynək və futbolka ilə geyilə bilər.

Cemper – yumru kəsikli sviter formasıdır. Müxtəlif qalınlıqda ola bilər. Köynək və ya pencəklə geymək məsləhət görülür.

Kardiqan – haqsız olaraq təqaüdçü sviteri kimi tanınır. Onu futbolka, uzunqollu köynək və hətta nazik “vodolazka” ilə geyilə bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir